Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırıb. Çərşənbə günü ölkənin qəza səbəbindən işıqsız qalmış bölgələrinin təmin edilməsi üçün qonşu dövlətdən 2 milyon kVt/saatdan çox elektrik enerjisi alınıb.
"Sputnik"ə istinadən xəbər verilir ki, bu barədə Gürcüstanın "Elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilir.
ESCO-nun xəbərinə görə, 1 və 2 iyul tarixlərində Azərbaycana elektrik enerjisi tədarük olunmayıb, 3 və 4 iyul tarixlərində isə bu, ümumilikdə 3,1 milyon kVt/saatdan çox təşkil edib. Azərbaycana elektrik enerjisi tədarükü 330 kV-lik “Qardabani” hava xətti ilə həyata keçirilir.
Gürcüstan eyni zamanda çərşənbə axşamı Türkiyə və Ermənistana ixracı azaldıb. Çərşənbə günü Türkiyəyə ixrac bərpa olunub və 1,74 milyon kVt/saat təşkil edib. Çərşənbə axşamı Rusiyaya da tədarük eyni səviyyədə olub.
Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırdı

Oxşar xəbərlər