Əfv Komissiyasının iclası olub, baxılan müraciətlərin sayı mini keçib

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb.

Komissiyanın növbəti iclası martın 7-nə təyin olunub.

Qeyd edək ki, komissiyanın 8 iclası ərzində baxdığı müraciətlərin sayı 1000-i keçib.