Əfqanıstanda terror: Ölənlər var

Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində terror hücumu nəticəsində 3 nəfər həyatını itirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Qəndəhar Polis İdarəsindən verilən açıqlamada səhər saatlarında Kabil Bankın Qəndəhar şöbəsi yaxınlığında intiharçı hücumunun həyata keçirildiyi açıqlanıb.

Hücum nəticəsində 3 nəfərin öldüyü, 12 nəfərin yaralandığı açıqlanıb.

Yaralılar ən yaxın xəstəxanalara çatdırılıb; Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.