Bayılda sürüşmə zonasındakı evlərlə bağlı - Qərar veriləcək

Bayılda sürüşmə zonasındakı evlərlə bağlı məsələyə Nazirlər Kabinetində baxılır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, həmin ərazidə bu, ilk sürüşmə hadisəsi deyil və sonuncu da olmaycaq:

“Bu təbii prosesdir və sürüşmə hadisələri yalnız insan faktoru ilə bağlı deyil. İnsanların oradakı fəaliyyəti prosesə yalnız təkan verə bilər. Orada Daş dövründə də, Orta əsrlərdə də hər zaman sürüşmə hadisələri olub.

Mən hər zaman bunu xüsusi olaraq vurğulayıram ki, Bayılda ilk sürüşmə hadisəsi 1841-ci ildə qeydə alınıb. O vaxt həmin ərazidə nə yaşıllıq var idi, nə yaşayış. Bu gün orada yaşayanların problemi gündəlik aktual olaraq qalır. Yəqin ki, yaxın zamanda bununla bağlı yeni qərar veriləcək. Çünki cənab Prezidentin bu məsələ ilə bağlı tapşırığı var”.