Bayıl istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirib ki, velosiped idmanı üzrə yarışların keçirilməsi ilə əlaqədar 23 iyul saat 16:00-dan 20:00-dək Salyan şossesinin 14 km.-dən Bibi-Heybət məscidinə qədər nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Bundan əlavə, iyulun 24 və 25-də saat 09:00-dan 13:00-dək və saat 16:00-dan 20:00-dək "Azneft" dairəsindən Salyan şossesinin 14 km.-nə qədər, həmçinin Bayıl qəsəbəsi istiqamətində küçə və prospektlərdə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan isfifadə etməyi xahiş edir.