Eilat hücumuna görə məsuliyyəti İraq Müqaviməti öz üzərinə götürüb

   

İbrani mediasının məlumatına görə İraq İslami Müqavimət Hərəkatı bəyanat yayaraq, işğal altındakı Eylat şəhərinə hücumun məsuliyyətini üzərinə götürüb.

Bu səhər sionist rejim mediası işğal altındakı Eylatda həyəcan təbili çaldığını və bu ərazinin raket və ya PUA-nın hücumu ilə hədəfə alındığını elan edib.

Bu medianın verdiyi açıqlamada: “Naməlum obyektlər Eylat şəhərində bir çox nöqtə, Eylatdakı İsrail hərbi bazası İHA hücumu ilə hədəfə alınıb ​​və şiddətli partlayışlar eşidilib. Hücum sonrası hadisə yerinə xilasetmə qrupları sövq edilərkən, məlumatlara görə binada da maddi ziyan meydana gəlib” deyilir.

İsrail mediasının bu xəbərindən qısa müddət sonra İraq İslami Müqavimət Hərəkatı bu gün səhər bir bəyanat yayaraq: “Bu səhər döyüşçülərimiz müvafiq silahlarla işğal olunmuş ərazilərdə həyati əhəmiyyətli bir hədəfə hücum etdilər. Bu əməliyyat işğalçılara qarşı davam edən müqavimət əməliyyatları və Qəzzada Fələstin xalqına dəstək məqsədilə və işğalçı rejimin bu insanlara qarşı törətdiyi cinayət və qətllərə cavab olaraq həyata keçirilir. İraq müqaviməti düşmənin qalalarını məhv etməyə davam edəcək” bildirib.

Digər tərəfdən, İraq İslami Müqaviməti bazar günü səhər sionist rejimin həssas və həyati mövqeyinin pilotsuz təyyarə ilə hədəf alındığını elan edib.

İraq müqavimət hərəkatı verdiyi açıqlamada: “İşğal altındakı Fələstinin şimalında Əl Cəlil bölgəsində yerləşən Albion qəsəbəsində İHA ilə həyati bir hədəfi hədəf aldıq. Bu əməliyyat Qəzzanın məzlum xalqına dəstək və sionist rejimin onlara qarşı davam edən cinayətlərinə cavab olaraq həyata keçirilib və biz düşmən mövqelərini məhv etməyə davam edəcəyik”qeyd edib.

İraq müqavimət cəbhəsi öz yeni strategiyasında çox mühüm sionist mərkəzləri, o cümlədən hava limanlarını hədəfə alır və sionist rejimin hava məkanını təhlükəli vəziyyətə salmağa çalışır.