Bakının ən iri avtomagistrallarından biri olan Babək prospektində təmir işləri artıq yekunlaşır. Uzunluğu 9 km. olan yol yaxın günlərdə istislamara veriləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Agentlyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Təmir işləri zamanı kanalizasiya və su kəməri infrastrukturu yenilənib, səkilər bərpa edilib və genişləndirilib, yeni işıqlandırma sistemi qurulub.
Prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilib.
Həmçinin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi "cib"li hissələr tikilib, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələri yaradılıb.
Xatırladaq ki, təmir işlərinə 2018-ci ilin əvvəlində başlanılıb.
Bundan öncə xəbər verilmişdi ki, işlər sentyabrın sonlarında başa çatacaq. Lakin təmir və yenidənqurma işləri 10 aydan çox davam edib.-05D06--
Babək prospektində təmir başa çatır

Oxşar xəbərlər