Daha bir MBH üzvü saxlanıldı: Həbs olunan hərəkat üzvlərinin ümumi sayı 67-yə çatdı

Fevralın 22-i axşamdan MBH üzvü Amil Alik oğlu Bilalovdan ailəsi heç bir xəbər ala bilmir. Axşam saatlarında işdən evə tələsən inanclı, ailə üzvləri, dosları ilə telefon əlaqəsi qurub. Qəfildən əlaqə kəsilib və bütün cəhdlərə baxmayaraq Amillə əlaqə qurmaq mümkün olmayıb. Ceyranbatan sakini Amil evlidir və ailə onun vəziyyəti haqqında ərazi polis idarəsi ilə əlaqə də saxlayıb.

Fevralın 23-də səhər saatlarında polis işçiləri məsələ ilə bağlı Amilin evində olub. Tədqiqatçılar  onun hansı işlə məşğul olması, bundan öncə hansı ölkəyə səfər etməsi, ziyarətgahlara getməsi haqqında məlumatları incələyib. Lakin bununla belə Amil haqqında hələ də hər hansı bir məlumat aşkarlanmayıb. Yaxınları Amilin qanunsuz həbslərin qurbanı olduğunu düşünürlər.
Hadisə ilə bağlı Müsəlman Birliyi Hərəkatı da narahatlığını bildirib. Ölkədə növbəti həbs dalğasının tüğyan etdiyini bildirən hərəkat, bütün qanunsuz həbsləri ölkədə anti-şiə təbliğatı fonunda təmizləmə hesab edir və bunu xarıcı təsirlərin müdaxiləsi altında gerçəkləşdirildiyini düşünür. Hərəkat 2024-cü ildə 3 nəfər olmaqla ümumi həbsə alınan hərəkat üzvlərinin sayının 67-yə çatdığını bildirir.
Ölkədə genişmiqyaslı həbslər durmadan davam edir. İnanclılara qarşı təmizləmə siyasəti olaraq son 5 gündə 2-si ruhani olmaqla onlarla inanclının saxlanıldığı bildirilir. Həbslərlə bağlı rəsmilər məlumat verməsələr də, ailələrin yaydığı xəbərə görə bu həbslər də ötən il başlanan kütləvi həbslər kimi narkotiklərlə bağlı ittihamı inanclılara şamil etməklə davam edir.