19 October 2026

Fazil Qasımov quru aclıq aksiyasına başlayıb

Həbsdə olan iqtisadçı Fazil Qasımov oktyabrın 17-də quru aclıq aksiyasına başlayıb.

Yaxınlarının "Toplum TV" ilə paylaşdığı müraciətində F.Qasımov səbəb kimi eyni iş üzrə məsuliyyətə cəlb olunmuş iqtisadçı Qubad İbadoğlunun Azərbaycandan çıxışına məhdudiyyətin götürülməsindən sonra özünün hələ də həbsdə qalmasını göstərib. O bildirib ki, bu, onun bərabərlik hüququnun pozuntusudur.

İsrailli köçkünlər jurnalistlərə və diplomatlara hücum etdilər: 10 nəfər saxlanıldı

İsrail polisi Qərb Şəriyəsində amerikalı fotojurnalist Heidi Levine və avropalı diplomatlara qarşı hücumlarla əlaqəli olmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.

İsrail polisi bazar ertəsi günü əməliyyatın ordu, Şin Bet (İsrail daxili təhlükəsizlik agentliyi) və sərhəd polisi ilə koordinasiyalı şəkildə həyata keçirildiyini açıqlayıb. Əməliyyat zamanı bir neçə nəqliyyat vasitəsi müsadirə edilib və qanunsuz tikililər sökülüb şübhəlilər dindirilmək üçün aparılıb.

Yəməndə husilər hərbi düşərgəyə raket zərbəsi endirib, 40-a yaxın şəxs ölüb və ya yaralanıb

Yəmənin Şəbva əyalətində husilərin hərbi düşərgəyə raket hücumu nəticəsində 40-a yaxın hərbçi ölüb və ya yaralanıb.

Bu barədə “Anadolu” agentliyi Şəbva qubernatorunun müavininə istinadən məlumat yayıb.

Məlumata görə, husilər Cərdan rayonundakı Əl-Ələm düşərgəsinə üç ballistik raket atıblar. Düşərgədə təhlükəsizlik və polis qüvvələrinə yeni qəbul olunan şəxslər təlim keçirmiş.

Aynur Elgünəş Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb

"Meydan TV"nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Bu barədə oktyabrın 18-də vəkil Zibeydə Sadıqova məlumat yayıb. O xatırladıb ki, jurnalistin səhhətində ciddi problemlər var, hazırda isə ən böyük təhlükə böyrəyində formalaşıb.

Fransadan sonra İtaliyada küçələr də döyüş meydanına çevrildi

Fransada orta məktəb şagirdləri tərəfindən başladılan etirazlar dalğalarla Avropaya yayılır. İtaliyada yaşayış xərclərinin yüksək olmasına və Meloni hökumətinə qarşı müxtəlif şəhərlərdə etirazlar keçirilib. Etirazçılarla polis toqquşdu və təhlükəsizlik qüvvələrinin müdaxiləsi sərt olub.

İtaliyada yaşayış xərclərinin yüksək olmasına və Giorgia Meloninin rəhbərlik etdiyi sağçı koalisiya hökumətinə qarşı müxtəlif şəhərlərdə keçirilən etirazlarda toqquşmalar baş verib.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub.

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

Təl-Əvivdən Vənaya uçan reys partlayış təhlükəsi səbəbindən Sofiyada təcili eniş edib

“Austrian Airlines” aviaşirkətinin Təl-Əvivdən Vənaya uçuş həyata keçirən “Airbus A320” markalı təyyarəsi oktyabrın 18-i bazar axşamı Sofiyada təcili eniş edib. Burada 51 sərnişin və altı ekipaj üzvü olub.

Daşıyıcı şirkətin məlumatına görə, təhdid daxil olduqdan sonra Bolqarıstanın paytaxtında “təyyarəyə baxış keçirilib”. Bir neçə saat sonra “Austrian Airlines” baxış nəticəsində heç bir təhlükə aşkar olunmadığını açıqlayıb.

KİV: Zelenski Trampı Ukraynanı kapitulyasiyaya məcbur etməkdə ittiham edib

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampı Kiyevi Rusiya qarşısında kapitulyasiyaya məcbur etməyə çalışmaqda ittiham edib.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Zelenskinin sözlərinə görə, ABŞ administrasiyası Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb edir, lakin bunun müqabilində Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün əlavə dəstək təklif etmir.

Livanın paytaxtı Beyrutda Azərbaycanda hicaba dəstək aksiyası keçirilib

Livanın paytaxtı Beyrut şəhərində Azərbaycanda hicablı qızların hüquqlarına dəstək məqsədilə həmrəylik aksiyası təşkil olunub.

Aksiya İmam Mehdi (ə.f) Kəşşaflar Cəmiyyətinin Beyrut nümayəndəliyi tərəfindən təşkil edilib. Tədbirdə İmam Mehdi (ə.f) Kəşşaflar Cəmiyyətinin qızlar üzrə rəhbərləri və üzvləri iştirak edərək azərbaycanlı hicablı şagirdlərlə həmrəylik nümayiş etdiriblər.