Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular
Polşanın Bielsko-Biala şəhərində kadetlər, gənclər və U-21-lər arasında karate üzrə 14-cü dünya çempionatı başa çatıb.
Azərbaycan Karate Federasiyasından "Unikal"a verilən məlumata görə, Dünya Karate Federasiyasının təşkil etdiyi yarışda ölkə təmsilçiləri 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Şamo Kamilov (U-16, +70 kq) qızıl mükafata sahib çıxıb.













