16 October 2026

"Şamaxı" "Şəfa"ya qalib gəldi

Misli Premyer Liqasında VIII turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəlib.

Şamaxı şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk iki qol qonaq komandadan gəlib. Elnur Cəfərov (5) və Rauf Hüseynli (56-pen.) paytaxt təmsilçisinin qollarının müəllifi olublar. Bölgə təmsilçisinin heyətində isə Joao Oliveyra (65), Həbib İsmayılov (81) və Rikardo

Sorğudan çıxan nəticə: İsraillilərin əksəriyyəti Netanyahusuz hökumət istəyir

İsrailin “Maariv” qəzetinin sifarişi ilə “Lazar Research” və “Panel4ALL” tədqiqat mərkəzinin keçirdiyi yeni rəy sorğusuna əsasən, İsraildə seçki yaxınlaşdıqca ərəb partiyalarının mövqeyi güclənir, Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası isə dəstək itirməkdə davam edir.

Son bir həftədə ərəb partiyaları mandat sayını artıraraq ümumilikdə 14 yerə çatıblar. “Likud” isə 2 mandat itirərək 18 yerə geriləyib.

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Surqut rayonunda sənaye obyektinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində güclü yanğın başlayıb.

Hücum haqda Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Ruslan Kuxaruk məlumat yayıb.

Onun sözlərinə görə, PUA hücumu nəticəsində sənaye obyektində yanğın başlayıb. Hazırda mütəxəssislər dəymiş zərərin miqyasını və xarakterini qiymətləndirirlər.

Nardarana çoxsaylı polis qüvvələri cəlb olunub, onlarla sakinin saxlandığı deyilir

Bakının Nardaran qəsəbəsində məktəblərdə hicablı şagird və müəllimlərə tətbiq edilən məhdudiyyətlərə etirazlardan sonra kütləvi saxlanılmaların olduğu bildirilir. Sakinlərin sözlərinə görə, oktyabrın 16-na keçən gecə qəsəbəyə çoxsaylı maskalı və silahlı polis əməkdaşları gəlib, 40-dan çox şəxs saxlanılıb.

Sosial şəbəkələrdə Nardarana çoxsaylı polis əməkdaşlarının yeridildiyini əks etdirən görüntülər yayılıb.

Vilayəti: İslam dünyası Bakıdakı hadisələrdən ən aydın mesajı aldı

Herzoqun çıxışı zamanı zalın tərk edilməsinə toxunan Ali Liderin müşaviri, İslam dünyasının ən aydın mesajı Bakıdan aldığını söyləyib.

İran İslam İnqilabının Ali Liderinin müşaviri Əli Əkbər Vilayəti, Herzoq CICA zirvə görüşündə çıxış edərkən Türkiyənin zaldan çıxdığını, lakin Bakının "isti qarşılama" etdiyini bildirib.

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Bu gün UEFA Konfrans Liqasının liqa mərhələsinə start verilib. İlk tur çərçivəsində 18 qarşılaşma keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” səfərdə Finlandiyanın “KuPS” klubu ilə üz-üzə gəlib. Görüş Türkiyə təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər maraqlı qarşılaşmalarında Xorvatiyanın “Hayduk” klubu Niderlandın “Ayaks” komandasını qəbul edib.

Cəlilabadda hicabla bağlı etirazlara görə 10-dan çox şəxs inzibati cəzalanıb

Cəlilabad rayonunun Privolnoye kəndində hicabla bağlı etirazlara görə 10-dan çox şəxsin saxlanıldığı və inzibati qaydada həbs edildiyi bildirilir.

Meydan TV-yə daxil olan məlumata görə, kənddə hicabla bağlı baş verən hadisələrdən sonra polis 10-dan çox şəxsi saxlayıb.

Bildirilir ki, saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb və barələrində 20 sutkalıq inzibati həbs qərarı verilib.

Gürcüstan ruhanilərinin Azərbaycanda təhsil ocaqlarında hicaba qadağaya etirazı davam edir

Hacı Mirismail Əsədov dövlət məktəblərində hicabın qadağan edilməsinə etiraz olaraq bəyanat yayıb.

Bəyanatda deyilir:

Bismillahir-Rəhmanir-Rəhim

«يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاءَ لِلَّهِ»

“Ey iman gətirənlər! Ədaləti qoruyan və Allah üçün şahidlik edən kəslər olun!”

(Nisa surəsi, 135-ci ayə)