27 August 2026

Nepalda daşqın fəlakəti: 150-dən çox ölü, yüzlərlə itkin düşən var

Nepalın şimalındakı Rasuva bölgəsində daşqın nəticəsində həlak olanların sayı 157 nəfərə çatıb.

Bu barədə "Ratopati" media xəbər verir.

Ən çox meyit Çitvanda aşkarlanıb - 64 nəfər. Dhadinq rayonunda 27, Navalparasidə isə 22 nəfər həlak olub. Daha 41 nəfər xəstəxanalara yerləşdirilib.

İsrail müdafiə naziri Katz Suriyaya səfər edir: Təhdid davam etdiyi müddətcə qoşunlarımız orada qalacaq

Dəməşq hökuməti Katzın ölkəyə səfərini "qanunsuz" adlandırıb. İsrail müdafiə naziri İsrail Katz çərşənbə axşamı Suriyanın cənubunda yerləşən İsrail qoşunlarını ziyarət edib. Katz bildirib ki, ölkəsinin təhlükəsizliyinə risklər davam etdiyi müddətcə bölgədəki hərbi mövcudluq davam edəcək.

Dəməşq hökuməti yazılı açıqlamasında Katzın Suriya ərazisinə səfərini "qanunsuz" adlandırdı və qınadı.

Azərbaycanda doğum sayı son 10 ildə 42 faiz azalıb

Azərbaycanda illik doğum sayı son 10 ildə 70 mindən çox azalaraq 100 min nəfərin altına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2015-ci ildə ölkədə 166 min 210 uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 95 min 875 nəfər olub. Beləliklə, 10 il ərzində doğulanların sayı 70 min 335 nəfər və ya 42,3 faiz azalıb.

Azərbaycan ərazisində ümumilikdə 2389 məscid var

Azərbaycanda məscidlərin ümumi sayı 2389-dur.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, məscidlərdən 1900-ü daimi fəaliyyət göstərir:

Həmçinin ölkədə 874 pir və ziyarətgah da var.

Digər dinlərə gəldikdə isə, 16 kilsə, 7 sinaqoq, 23 xristian ibadət evi, habelə 1 bəhai və 1 krişna ibadət yeri də mövcuddur.

“Fənərbağça” 18 il sonra Çempionlar Liqasının əsas mərhələsində

"Fənərbağça" UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün pley-off mərhələsində səfərdə "Lion"a qarşı cavab oyununa çıxıb.

Görüş İstanbul təmsilçisinin səfər qələbəsi ilə yekunlaşıb - 2:1.

Vedat Muriqi və Arçi Braun müvafiq olaraq 24-cü və 28-ci dəqiqələrdə fərqləniblər. Ev sahiblərinin təsəlli qolunun müəllifi isə 61-ci dəqiqədə Malik Fofana olub. Dördpendirli pizza