08 July 2026

Avropa Məhkəməsi Gəncədə sökülmüş əmlaka görə 75 min avrodan çox təzminat təyin edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gəncədə sökülmüş əmlaka görə 75 min avrodan çox təzminat təyin edib.

“Azadlıq Radiosu”nun xəbərinə görə, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən, Verdiyevlər ailəsinə məxsus əmlak 2013-cü ildə Kəpəz Rayon İcra Hakimiyyətinin qərarı ilə sökülüb.

Hizbullahdan ABŞ və İsrailə: "Regionu nəzarət etmək planınız boşa çıxdı"

Hizbullah millət vəkili Hüseyn Cisşi ABŞ və İsrailin İranı tez bir zamanda ram etmək planının uğursuz olduğunu iddia edərək, sionist ittifaqının məqsədlərinə çatmadan müharibəni razılaşma yolu ilə bitirməyə məcbur olacağını iddia edib.

Hizbullahın parlament qrupunun üzvü olan Cisşi, Amerika-İsrail layihəsinin bölgədəki uğursuzluğuna işarə edərək, amerikalıların və israillilərin bölgəni nəzarətdə saxlamaq planlarının iflasa uğradığını bildirib.

İqbal Əbilov barəsində materiallar yayımlayan media qurumlarını məhkəməyə verib

İyulun 7-də Yasamal Rayon Məhkəməsində həbsdə olan tədqiqatçı İqbal Əbilovun ATV, "Trend", "Hit.az" və "Qafqazinfo" media qurumlarına qarşı qaldırdığı mülki iddia üzrə proses keçirilib.

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsindən "Toplum TV"-yə verilən məlumata görə, məhkəmə iclasında sözügedən media qurumlarının nümayəndələri iştirak etməyib.

DÇ-2026: İsveçrə penaltilərlə 1/4 finala yüksəldi

İsveçrə penaltilər seriyasında Kolumbiyanı məğlub etdi

İsveçrə millisi Kolumbiyanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib.

Qarşılaşmanın əsas və əlavə vaxtında tərəflər fərqlənə bilməyib. 120 dəqiqəlik mübarizə 0:0 hesabı ilə başa çatdıqdan sonra qalib penaltilər seriyasında müəyyənləşib.

SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə genişmiqyaslı raket zərbələri endirdiyini bəyan edib.

"Tasnim" agentliyinin yaydığı SEPAH bəyanatında bildirilir ki, əməliyyat ABŞ-ın gecə saatlarında İranın Hörmüzqan vilayətindəki sahilyanı hərbi bazalara və Məhşəhr şəhərindəki mülki obyektlərə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

İraqda Ayətullah Xamenei ilə vida mərasimi keçirilir

Bu gecə Ali Dini Lider Ayətullah Xameneinin cənazəsi İraqın Nəcəf şəhərinə gətirilib. Şəhərdə səhər saatlarından etibarən milyonlarla insan şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminə qatılmaq üçün şəhərə axışıb.

Cənazə gecə saatlarında Həzrət İmam Əli (ə) ziyarətgahına aparılıb, daha sonra isə rəsmi və xalqın iştirakı ilə vida mərasimi başlanıb. Şəhərin əsas küçələri və meydanları izdihamla dolub.