DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəlib
2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Pley-offun növbəti qarşılaşmasında İspaniya və Avstriya milliləri üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Pley-offun növbəti qarşılaşmasında İspaniya və Avstriya milliləri üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
12 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhbus Elşən Mürsəlovun işgəncəyə məruz qaldığı deyilir.
Bu barədə onun anası Nailə Bağırova prezident İlham Əliyevə ünvanladığı və jurnalist Arzu Abdullanın ictimailəşdirdiyi müraciətdə bildirir.
Məhbusun anası iddia edib ki, oğlu cəzaçəkmə müəssisəsində məhbuslara suyun pulla satılmasına etiraz etdikdən sonra döyülərək cərimə kamerasına ("kars") salınıb:
Məhbus ailəsi Pentensiar Xidmətdən qovuldu
12 saylı Cəzaçəkmə Müəsissəsində dindar məhbuslara qarşı zülm davam edir. Siyasi məhbus Yusifov Alim Vahid oğlu bu qaynar yay günlərində darısqal, havasız cəza kamerasında saxlanılır. Səbəbi isə çox dəhşətlidir...
Alim Yusifovun həyat yoldaşı Türkan Əhmədova deyir ki, bu gün (3 iyun) Ədliyyə Nazirliyində qəbulda olub. Onu Nazirliyin özünü təqdim etməyən Anar adlı əməkdaşı qəbul edib:
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb.
14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda Böyük Kəsik istiqamətinə göndərilib. Qatar Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi inanclı xanımların məhkəmə prosesi ilə bağlı bəyanat yayıb. Nümayəndəlik inanclı xanımların məhkəmə prosesini ciddi narahatlıqla izlədiyini bildirib. “Hesab edirik ki, hər bir şəxsin ədalətli məhkəmə araşdırması, fikir, ifadə və dini etiqad azadlığı beynəlxalq hüququn fundamental prinsipləri ilə qorunur.
“Amnesty International” iyulun 2-də dərc etdiyi bəyanatda Azərbaycan hakimiyyətini ölkə daxilində və xaricdə hökuməti tənqid edən şəxslərə qarşı təqibləri dayandırmağa çağırıb.
Təşkilat bildirir ki, 2013-cü ildən etibarən Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı sistemli təzyiqlər nəticəsində müstəqil təşkilatlar faktiki olaraq sıradan çıxarılıb, yüzlərlə hüquq müdafiəçisi, fəal, jurnalist və siyasi opponent siyasi motivli ittihamlarla həbs edilib, bir çoxları isə ölkəni tərk etməyə məcbur qalıb.
Livanın cənubundan verilən məlumata görə, sionist rejimə məxsus pilotsuz uçuş aparatı gecə saatlarında Sur rayonunun Səddiqin qəsəbəsinə hava zərbəsi endirib.
Hücum bölgədə son sutka ərzində həyata keçirilən silsilə əməliyyatların davamı kimi qiymətləndirilir.
Məlumata əsasən, sionist rejim ordusu bundan əvvəl Bint Cübeyl rayonunun Bəraşit qəsəbəsinə də hava zərbəsi endirib.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.
İsveçrə millisi Əlcəzair yığmasını sınağa çəkib. Vankuverdəki “BC Pleys” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 10-cu dəqiqədə Brel Embolo və 46-cı dəqiqədə Dan Ndoye vurublar.
AB Komissiyasının sədri Ursula fon der Leyen sülh prosesi və regiondakı yeni imkanlarla tanış olmaq üçün Cənubi Qafqaza strateji səfəri zamanı Ermənistan üçün əhəmiyyətli iqtisadi və siyasi dəstək paketi elan edib.
İranın sabiq Ali Rəhbəri Ayətullah Əli Xamenei ilə Tehranda vida mərasimi başlayıb. İran İslam Respublikasının bir neçə şəhərində böyük vida mərasimi keçiriləcək.
Mərasim 9 iyula qədər davam edəcək. Ayətullah Xamenei iyulun 9-da Məşhəddə dəfn olunacaq.
Anım tədbirində təxminən 100 ölkədən nümayəndənin iştirakı gözlənilir.
Azərbaycandan da mərsimdə rəsmi nümayəndə heyəti iştirak edəcək.
İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquqşünas, hökumət tənqidçisi Namizəd Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində tanınan Günel Əfəndiyeva yenə iştirak etməyib.
Prosesdə əvvəlcə Namizəd Səfərov vəsatətlər verib. O, özünün və G.Əfəndiyevanın mobil telefonlarının anten məlumatlarının məhkəmədə təqdim olunmasını xahiş edib.



