14 May 2026

"Reuters": Aviadaşıyıcılar yanacaq çatışmazlığına dair proqnozları qəsdən yumşaldır

Avropa aviaşirkətləri, hava limanları və turizm operatorları yay mövsümü ərəfəsində turistləri sakitləşdirmək və gəlirlər üçün əsas olan dövrdə rezervasiyaların azalmasının qarşısını almaq məqsədilə aviasiya yanacağı çatışmazlığı ilə bağlı riskləri qəsdən azaldırlar.

Bu barədə "Reuters" məlumat yayıb.

Professor Mirşaymer: Rusiya, Çin və Türkiyə qaçılmaz olaraq İranın tərəfini tutacaq

Beynəlxalq münasibətlər üzrə ekspert Professor Dr. Con C. Mirşaymer hakim Endryu Napolitanonun proqramında Amerika xarici siyasətinin strateji çöküşünü və qlobal güc balansının dəyişməsini qiymətləndirib.

Professor Mirşaymer son 25 il ərzində Amerika xarici siyasətinin uğursuzluqlarını, Yaxın Şərqdə davam edən münaqişələrin Vaşinqtonun qlobal mövqeyinə təsirini və böyük güclər arasında dəyişən tənliyi araşdırıb.

 

Suriya Xarici İşlər Naziri: İsrail ilə "Hərtərəfli Təhlükəsizlik Sazişi"nə ehtiyac var

Şeybani İsrail və Suriya arasında 1974-cü il təhlükəsizlik sazişinə qayıtmağa çağırıb və İsrailin işğal olunmuş ərazilərdən geri çəkilməsini tələb edib. Bəyanatlar Dəməşq və Brüssel arasında yüksək səviyyəli siyasi danışıqların davam etdiyi bir vaxtda verilib. İsrail xarici işlər naziri Əsəd əl-Şeybaninin verdiyi müsahibədə İsrailin Suriyanın sabitliyini "təhdid edən" hərəkətləri dayandırmalı və "sakit və hərtərəfli" təhlükəsizlik sazişi üzərində işləməli olduğunu söyləyib.

PSJ Fransa çempionu oldu

Futbol üzrə Fransa çempionatının qalibi müəyyənləşib.

Liqa 1-in XXIX turundan təxirə salınmış oyunda səfərdə "Lans"a 1:0 hesabı ilə qalib gələn PSJ sona bir tur qalmış çempionluğunu elan edib.

Bu nəticədən sonra xallarını 76-ya çatdıran Paris klubu ən yaxın izləyicisi "Lans"ı 9 xal qabaqlayır.

İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsini təqdim edib

İsrailin hakim koalisiyası parlamentin hazırkı çağırışının buraxılması ilə bağlı qanun layihəsi təqdim edib.

Bu barədə İsrailin Kan dövlət televiziyası məlumat yayıb.

Qanun layihəsi 13 mayda Baş nazir Benyamin Netanyahunun Likud partiyasından olan parlament üzvü, koalisiya sədri Ofir Katz tərəfindən təqdim edilib.

Layihənin bütün koalisiya fraksiyalarının rəhbərləri tərəfindən dəstəkləndiyi bildirilir.

Əli Kərimli ev dustaqlığına buraxılmayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ev dustaqlığına buraxılmayıb.

Partiya üzvlərinin məlumatına görə, bu barədə mayın 13-də Səbail Rayon Məhkəməsi qərar verib.

Vəkilləri Ə.Kərimlinin atasının bu yaxınlarda vəfat etməsi ilə əlaqədar onun ev dustaqlığına buraxılması üçün vəsatət versə də, məhkəmə onu təmin etməyib.