06 February 2026

Azərbaycan Kubokunda antirekordun təkrarı - 4 oyuna cəmi 4 qol

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.

Peşəkar Futbol Liqasından bildirilib ki, dörd qarşılaşmada cəmi 4 top vurulub.

“Şamaxı” “Qarabağ”a 2:1, “Turan Tovuz” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.

ABŞ-İran müzakirəsi necə keçdi?

Oman vasitəsilə Masqatda keçirilən İran–ABŞ nüvə danışıqları bu gün (6 fevral 2026) nəticələnib. İran Xarici İşlər Naziri Seyid Abbas Əraqçı jurnalistlərə açıqlamasında görüşləri “yaxşı bir başlanğıc” adlandırıb.

Əraqçı bildirib ki, danışıqlar bir neçə raundda keçirilib və tərəflər qarşılıqlı narahatlıqlarını və hüquq və mənafelərini müzakirə ediblər. “Uzun və gərgin müzakirələr apardıq. Hazırda dialoq prosesi yenidən başlanıb və yaxşı bir ab-hava hökm sürürdü”, – deyə nazir əlavə edib.

Pakistanda məsciddə partlayışda onlarla ölən və yaralılar var

İslamabadda məscid hədəf alınıb

Pakistan polisinin yaydığı məlumata görə, bu gün ölkənin paytaxtı İslamabad şəhərində yerləşən məsciddə güclü partlayış baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində azı 31 nəfər həyatını itirib, 130-dan çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avropa Mətbuat və Media Azadlığı Mərkəzi: “Lənkəran həbsxanasında zorakılıq iddiaları fonunda “Abzas Media”nın qadın jurnalistlərinin həyatı risk altındadır”

Avropa Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF) Azərbaycanda “Abzas Media”nın həbsdə olan qadın jurnalistləri Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamova ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, jurnalistlərin ailələri Lənkəran Penitensiar Kompleksində məhbuslara qarşı zorakılıq tətbiq edilməsi barədə yayılan məlumatlardan sonra həyəcan təbili çalırlar. Mərkəz bildirir ki, yayılan iddialara görə, müəssisənin rəhbəri bir qadın məhbusa fiziki zorakılıq göstərib.

ABŞ-İran danışıqları Omanda başlayır: Nüvə proqramı gündəmdədir

Omanda keçirilməsi gözlənilən danışıqlar masası, İran və ABŞ arasında səkkiz aydan sonra ilk üzbəüz görüş olacaq. İran və ABŞ Tehranın nüvə proqramını müzakirə etmək üçün bu gün Omanda danışıqlara başlamağa hazırlaşır. Danışıqlar bir həftəlik qeyri-müəyyənlikdən sonra planlaşdırılıb, baxmayaraq ki, regional ölkələrin iştirakı ilə Türkiyədə keçirilməsi ehtimalı da qaldırıldı.

Danışıq masası, İran və ABŞ arasında səkkiz aydan sonra ilk üzbəüz görüş olacaq.

Umbakıda qanunsuzluqlara etiraz edən 3 məhbus aclığa başlayıb

Üç inanclı məhbus aclıq aksiyasına başlayıb. Bu barədə onların cəza çəkdikləri Umbakıdan, ciddi qapalı rejimli müəssisədən xəbər verilib. Məhbuslar Səyadov Tərlan, Allahverdiyev Vəli və Əliyev Vüqar müəssisədə məhbuslara qarşı edilən qanunsuzluqlara etiraz olaraq fevralın 3-dən aclıq aksiyasına başlayıblar. Hal-hazırda hər 3 inanclı cəzaçəkmə karserindədir.

"Fənərbaxça" Türkiyə Kubokunda 2-ci qələbəsini qazandı

"Fənərbaxça" Türkiyə Kubokunda növbəti oyununu keçirib.

C qrupunda yer alan İstanbul klubu III turda "Ərzurumspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Fənərbağça"nın qollarını Marko Asensio və Anderson Talişka (2) vurublar. Qonaq komandadan isə Mustafa Fəttahoğlu fərqlənib.

Bu qələbə ilə xallarını 6-ya çatdıran "Fənərbaxça" 3-cü pilləyə yüksəlib.

İsrail Livanı yenidən hədəfləyib

İsrail ordusu atəşkəsə baxmayaraq tez-tez hədəf aldığı Livanın müxtəlif bölgələrinə hava hücumları təşkil edib.

Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, işğalçı İsrail təyyarələri cənubi Nəbatiyyə qubernatorluğundakı Mahmudiyyə şəhərinə hücum edib.

Sosial mediada yayılan görüntülərdə Mahmudiyyədəki hədəf alınan ərazidən tüstü qalxır.

Şəhid Seyid Həsən Nəsrullahın sui-qəsdi ilə bağlı bir nəfər saxlanılıb

Xəbər mənbələri Livan təhlükəsizlik qüvvələrinin Seyid Həsən Nəsrullahın şəhid edilməsində dolayı yolla iştirak etdiyi iddia edilən bir şəxsi saxladığını bildirib.

Livanlı jurnalist Abdullah Kamah Livan vətəndaşının Livan Baş Təhlükəsizlik İdarəsi tərəfindən saxlanıldığını və Hizbullahın şəhid baş katibi Seyid Həsən Nəsrullahın sui-qəsdi ilə əlaqədar İsrail rejimi ilə əlaqədə olduğunu bildirən bir video yayımlayıb.

Seyid Əbdülməlik Husidən çağırış: Fələstin üçün milyonlar küçələrə çıxır

Ənsarullah liderindən kütləvi səfərbərlik çağırışı

Yəməndə Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Husi cümə axşamı axşam saatlarında xalqa müraciət edərək sabah – cümə günü genişmiqyaslı, milyonluq xalq yürüşünün keçirilməsinə çağırıb. O bildirib ki, bu yürüş Fələstin xalqına dəstəyin açıq ifadəsi olacaq və zülmə məruz qalan fələstinlilərlə həmrəyliyin nümayiş etdirilməsinə xidmət edəcək.

Çin İsrailə yönəlik yeni investisiyaları qadağan edib

“İsraildə toqquşmalar başladıqdan sonra Çin hökuməti İsraili yüksək riskli bölgə elan edib və ölkədəki bütün yeni Çin investisiyalarını qadağan edib.”

Livan sərhədində yerləşən İsrail yaşayış məntəqəsi Hanitada yaşayan sakinlər, Hanita Lenses zavodunun 80 faizinə nəzarət edən Çinin Ballet Vision fonduna qarşı Təl-Əviv Regional Məhkəməsində iddia qaldırıblar.

Şivlənin yolu - Yalçın İmanov yazır

“‘Lerik’yazılan “‘plakat’a çatandan sonra görəssən ki yol ikiyə ayrılır, biri sola, o biri də sağa, istiqamət solu göstərsə də, sola dönməyin. Sağla gedin. Gedirsən, gedirsən, qabaqda Çeşman kəndi var, onu keçəndən sonra, Osyodərə gəlir. İkinci evin qarşısında tala kimi yer var, orada maşını saxlayarsınız. Dalınızca maşın gələcək...”