30 January 2026

2025-ci ildə Avropa Məhkəməsində baxılan işlərin sayı üzrə Azərbaycan 8-ci yer tutub

2025-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Azərbaycana qarşı baxılan işlərin sayı 2180 olub. 

Bu, AİHM-in illik hesabatında göstərilir. 

Azərbaycan bununla ən çox işin baxıldığı ölkələr siyahısında 8-ci yeri tutub. 

İlk üçlükdə Türkiyə (18,464), Rusiya (7177) və Ukrayna (4004) qərarlaşıb. 

Əl-Heydəri: ABŞ səfirlikləri və bazalarını cəhənnəmə çevirəcəyik

İraq Abdullah Hərəkatının baş katibi milyonlarla fədainin (fədakar döyüşçülərin) ABŞ səfirliklərini və bazalarını cəhənnəmə çevirməyə hazır olduğunu bildirib.

İraq Abdullah Hərəkatının baş katibi Seyid Haşim əl-Heydəri deyib: “Axmaq Tramp İran İslam Respublikasını tanımır; o, Vilayəti Fəqihin kim olduğunu və nə demək olduğunu bilmir”.

Ayətullah Nuri Həmədani: “Zühur dövrünün həyat tərzi mədəniyyətini inkişaf etməliyik

Ayətullah Nuri Həmədani 5-ci Məhdəviyyət və İslam İnqilabı üzrə Milli Konfransa göndərdiyi mesajda deyib: “Zühur Dövrünün həyat tərzi mədəniyyətini öz içimizdə inkişaf etdirmək vacibdir. Bu, yalnız təhsil sisteminin və ailələrin intensiv səyləri ilə mümkündür. Təhsil sistemi Mehdi cəmiyyəti səviyyəsində deyilsə və ailələr gözləntilərə əsaslanan bir həyat nizamı qurmazsa, sapma qaçılmazdır”.

“Rəhman və Rəhim olan Allahın adı ilə.

Avropa Liqası: "Fənərbağça" heç-heçə etdi

UEFA Avropa Liqasının liqa mərhələsinə yekun vurulub.

Sonuncu - VIII turun bütün matçları eyni gündə keçirilib.

Türkiyənin "Fənərbağça" komandası Rumıniyada FKSB ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra turnir cədvəlini 12 xalla 19-cu pillədə başa vuran İstanbul təmsilçisi mübarizəni pley-off mərhələsində davam etdirəcək.

UEFA Avropa Liqası

Nigeriyada hava limanına hücum olub - Onlarla insan öldürüldü

Nigerin paytaxtında hava limanına hücumu dəf edərkən ən azı 20 muzdlu döyüşçü öldürülüb, 11 nəfər yaralanıb.

Bu barədə  ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, motosikletlərlə gələn bir qrup muzdlu ölkənin hava limanı ərazisində yerləşən hava qüvvələri bazasına basqın etməyə cəhd göstərib, lakin hücum dəf edilib.

Hücum zamanı üç mülki təyyarə zədələnib. Dörd hərbçi yaralanıb.

Pakistan Əhli-Beyt Alimləri Məclisi İslam İnqilabının Liderinə dəstək bəyanatı yayıb

Pakistan Əhli-Beyt Alimləri Məclisi İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xameneini dəstəkləyən sərt  bəyanat yayıb. Bəyanatda Ayətullah Xameneiyə qarşı edilən hər hansı bir hücum və ya cəhdin ABŞ tərəfindən müharibə elanı hesab ediləcəyi vurğulanıb.

Müharibə İsraildən ABŞ bazalarınadək uzanacaq

İran ordusunun sözçüsü briqada generalı Əkrəmi Niya yaydığı açıqlamada bildirib ki, düşmən hər hansı “ağılsız addım” atacağı təqdirdə İran tərəfindən sürətli və qəti cavabla üzləşəcək. Onun sözlərinə görə, İrana qarşı hücumun cəzasız qalacağı düşüncəsi tamamilə əsassızdır.

Əkrəmi Niya vurğulayıb ki, mümkün hərbi qarşıdurmanın coğrafiyası yalnız bir ölkə ilə məhdudlaşmayacaq. “Müharibənin əhatə dairəsi sionist rejimdən tutmuş ABŞ-ın bölgədə yerləşən bütün hərbi bazalarına qədər uzanacaq”, – deyə o qeyd edib.

Azərbaycanın mövqeyi açıq şəkildə ifadə olundu

Azərbaycan Respublikasının hava məkanı və ya ərazisi hər hansı dövlət tərəfindən qonşu İrana qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməyəcək. Bu mövqe Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı açıq şəkildə ifadə olunub.

Ələsgər Məmmədli: “Hökumətin yaşıl işıq yandırmadığı media qurumunun yaşamaq şansı yoxdur”

“Toplum TV”-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli “Toplum TV”-yə müsahibə verib. 

O, səhhəti, üzləşdiyi ittihamlar, beynəlxalq təşkilatların reaksiyası, təcridxanada informasiyaya çıxış imkanlarından danışıb.