07 October 2025

“İmam Hüseyn (ə) Səfiri” xəstəxanasında bir ayda 2029 pulsuz əməliyyat

Kərbəlada yerləşən İmam Hüseyn (ə) Ziyarətgahının “İmam Hüseyn (ə) Səfiri” Cərrahiyyə Xəstəxanasında bir ayda 2 mindən çox pulsuz əməliyyat icra edilib.

Məlumata görə, 2025-ci ilin sentyabr ayı ərzində 2029 cərrahi əməliyyat reallaşıb.

Əməliyyatların hamısı İmam Hüseyn (ə) Ziyarətgahının maliyyə dəstəyi ilə, tamamilə ödənişsiz şəkildə həyata keçirilib.

Avropa Məhkəməsi Yalçın İmanovun vəkillikdən xaric edilməsini qanunsuz saydı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı qərarını açıqlayıb. 

Məlumatı vəkil Fariz Nmazlı sosial media hesabında paylaşıb.

Qərara əsasən, Azərbaycan hökuməti Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (peşə fəaliyyətinə müdaxilə) maddələrini pozub.

Azərbaycan millisi 4-cü oldu

Azərbaycanın voleybol üzrə oğlanlardan ibarət U-17 millisi III MDB Oyunlarında dördüncü olub.

Dairəvi sistem üzrə keçirilən yarışda komanda Belarusa 1:3 hesabı ilə uduzub.

Azərbaycan millisi yekunda 3 xal toplayıb və yarışı 4-cü yerdə bitiriib.

Rusiya (12 xal) millisi qızıl medal qazanıb. Belarus ikinci (9 xal), Özbəkistan üçüncü (6 xal) olub.

Suriyada döyüşlər gedir

Hələbdə Suriya ordusu ilə kürd YPG yaraqlıları arasında toqquşmalar başlayıb.

Bu  barədə Suriya KİV-ləri məlumat dərc edib. 

Məlumata görə, silahlı qruplaşma Suriya hökuməti ilə martın 10-da imzalanmış müqaviləni pozaraq şəhərdəki təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücum edib. Hazırda Şeyx Məqsud və Əşrəfiyə bölgələrində şiddətli döyüşlər gedir.