“Bayer” yeni baş məşqçisi ilə ilk oyunda qələbə qazandı
Bundesliqanın üçüncü turuna Leverkuzenin “Bayer” və Frankfurtun “Ayntraxt” klublarının qarşılaşması ilə start verilib.
Leverkuzen təmsilçisi yeni baş məşqçi Kasper Hyulmandın rəhbərliyi altında meydana çıxdığı ilk oyunda 3:1 hesabı ilə qələbə qazanıb.