06 September 2025

İsrail Qəzzada yeni humanitar zonanın yaradıldığını elan edib

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis şəhərində yeni humanitar zonanın yaradıldığını elan edib.

"The Times of Israel" xəbər verir ki, burada səhra xəstəxanaları, su təchizatı sistemləri və su şirinləşdirmə qurğuları yerləşəcək, həmçinin ərzaq, dərman və çadırlarla təchizat təmin ediləcək.

Yardımın koordinasiyası BMT və beynəlxalq təşkilatlarla birgə COGAT vasitəsilə həyata keçiriləcək.

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında dünya çempionatı davam edir.

Mundialın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

Sübhan Mamedov (50 kiloqram) 1/16 finalda Fredelin De Los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

Vilayəti: Şanxay gələcəkdə dünyanın taleyinin müəyyən edilməsində əsas rol oynayacaq

İran liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Şanxay Əməkdaşlıq Təşkilatının bu yaxınlarda keçirilən sammitini dünya tarixinin ən mühüm toplantılarından biri kimi dəyərləndirərək, bu təşkilatın gələcəkdə dünyanın taleyinin təyin olunmasında birinci dərəcəli rol oynayacağını bəyan edib.

Bu gün Bakı-Təbriz və Bakı-Tehran aviareysləri bərpa edilib

Bu gündən Bakı-Təbriz və Bakı-Tehran aviareysləri bərpa edilib. Azərbaycanın İrandakı səfiri Bakıdan Təbriz və Tehrana birbaşa uçuşların bərpa olunduğunu açıqlayıb.

Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə sosial şəbəkədə bildirib: "Bir neçə ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə Azərbaycan Hava Yollarının Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reysi cümə günü axşam həyata keçirilib. Bu reyslər ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək".

Əmirəl-möminin (ə) kəlamından şiənin Əhli-beytə (ə) doğru beş əsas vəzifəsi

Əmirəl-möminin (ə) buyurur: “Əhli-beyt (əleyhissalam) qarşısında beş vəzifə vardır: onların fəzilətlərini tanıyıb araşdırmaq, səmimi məhəbbət bəsləmək, Allaha yaxınlaşmaq üçün onlardan şəfaət istəmək, onların əmrlərinə itaət etmək və nəfslərinə itaət etmək və nəfslərinə itaət etmək”.

Hüccətül-İslam vəl-müslimin Nasir Rafi çıxışlarından birində “Əhli-beyt (ə) qarşısında vəzifələrimiz” mövzusuna toxunub. Əmirəl-möminin (ə) buyurdu:

İsrail 21 gündə 1 100 dinc fələstinlini qətlə yetirib

İsrail ordusu son 3 həftə ərzində Qəzza sektorunda 100-dən çox robotlaşdırılmış partlayıcı qurğu tətbiq edib.

Bu arədə Qəzza sektoru hökumət məlumat yayıb.

Qeyd edilib ki, İsrail hərbçiləri 13 avqustdan bəri Qəzza şəhərində yerüstü əməliyyat keçirir və dinc fələstinli ailələrə qarşı soyqırımı və kütləvi qətliamlar törədir.

Azərbaycan futbol millisi İslandiyaya 5:0 məğlub olub

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda səfərdə İslandiya ilə qarşılaşıb.

Reykyavikdə baş tutan meydan sahiblərinin üstünlüyü ilə keçib. Oyunda hesab ilk yarının sonlarında açılıb. İkinci hissədə daha 4 qol vuran İslandiya darmadağına sevinib - 5:0.

Hizbullah Nazirlər Kabinetinin təşkilatı tərkisilah qərarından sonra bəyanat yayıb

Ordunun Hizbullahı tərksilah etmək planını müzakirə etmək üçün Livanda Nazirlər Kabinetinin iclası bir neçə dəqiqə əvvəl yekunlaşıb. Hizbullah görüşə ilk reaksiyasını verib.

Bu çərçivədə Hizbullah Siyasi Şurasının üzvü Qalib Əbu Zeynəb “Əl-Cəzirə”yə “Bütün nazirlərimiz Hizbullahın tərksilah edilməsi ilə bağlı hökumət iclasını etiraz olaraq tərk etdilər” deyib.