15 July 2025

“Qarabağ”ın U-17 komandası İsveçdə turnidə qələbə ilə başladı

“Qarabağ”ın U-17 komandası İsveçin Göteborq şəhərində təşkil olunan “Gothia Puma Trophy” beynəlxalq turnirində iştirak edir.

“Qarabağ” yarışın 1-ci turunun matçına çıxıb.

Azərbaycan təmsilçisi ilk görüşdə yerli “Myallbu” ilə görüşüb və 2:1 hesablı qələbə qazanıb. İsveç təmsilçisinin qapısına hər iki qolu Əli Əliyev vurub.

Ərbəin səfərinin ilk zəvvarları yola düşüblər

Builki Ərbəin ziyarəti Ras əl-Bişa rayonundan başlayıb – Ərbəin səfərinin ilk zəvvarları yola düşüblər.

Hicri-qəməri təqvimi ilə 1447-ci ilin Ərbəin səfəri İraqın ən kənar nöqtəsindən, yəni Faodan Kərbəla istiqamətində start götürüb.

Ərbəin zəvvarları qızmar günəşin altında və olduqca isti hava şəraiti öz səfərlərinə başlayıblar.

İsrailin Livana aviazərbələri nəticəsində 12 nəfər ölüb

İsrailin Livana hava hücumları həyata keçirib.

Livan mediası xəbər verir ki, hücumlar ölkənin şərq hissəsində yerləşən Baalbek bölgəsinə edilib.

Nəticədə 12 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Livanda Hizbullaha məxsus “Rizvan” qüvvələrinə qarşı hava əməliyyatlarına başladığını elan etmişdi.

 

“Toplum TV işi” üzrə məhkəmə davam edir: Akif Qurbanov ittihamları rədd edib, prosesi tənqid edib

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov əvvəlki iclasda başladığı çıxışını davam etdirib. 

Vəkil: Hacı Vəliyev aclığa davam edir, səhhəti pisləşib

Həbsdə olan ictimai fəal və "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyev aclığa davam edir. 

Bu barədə iyulun 15-də onun yaxınları vəkilinə istinadən məlumat yayıblar.

Məlumatda deyilir ki, Vəliyevin vəkili Fəxrəddin Mehdiyev müalicə müəssisəsində onunla görüşüb. Vəliyev vəkilinə səhhətinin getdikcə daha da pisləşdiyini, buna baxmayaraq aclıq aksiyasını davam etdirməkdə israrlı olduğunu deyib. 

Dəmir barmaqlıqlar arasında

Rüfət Səfərovla yaxından tanışlığım inanclıların kütləvi həbsləri dövründə oldu. Onun prinsipial mövqeyi, hüquqi yanaşması, ədalətli müdafiəsi fonunda qəribə bir özəlliyi vardı, o haqqı haqq olaraq qəbul edir və onu bütün imkanlarına güc gələrək müdafiəsinə qalxırdı, hətta bu həqiqət onun varlığını təhlükəyə, şəxsini hədəfə qoysa belə.

Moskva Axiosun İran iddiasını qəti şəkildə rədd edir

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın “Axios” saytının İrana uranın zənginləşdirilməsindən tamamilə imtina etməsini təklif etməsi ilə bağlı iddialarını pisləyib və bunu “çirkli təxribat” kimi qiymətləndirib.

Nazirlik öz bəyanatında belə bir xəbərin Qərb mediasının “dərin dövlət” və kəşfiyyat elitaları ilə əməkdaşlıq edərək yayıldığını əsaslandırıb.

ABŞ-ın Zəngəzura nəzarətlə bağlı mübahisəli təklifi

ABŞ qeyri-adi addımla Ermənistanla Azərbaycan arasında mübahisəli marşrutu nəzarətə götürməyi təklif edib. İrəvandan rədd edilən bu təklif bir çoxları tərəfindən milli suverenliyi aşmaq cəhdi kimi qiymətləndirilib.

Britaniya mediası Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülhü mümkünsüz edən mübahisəli ərazi olan Zəngəzur dəhlizinə nəzarətin yaradılması təklifini dəyərləndirib.

Suriyada druz-bədəvi qarşıdurması: 89 ölü

Suriyanın cənubunda bədəvi qəbilələri ilə druz qrupları arasında ölümcül toqquşmalar ikinci günə daxil olub, monitorinq agentlikləri və yerli mənbələrə görə ən azı 89 nəfər ölüb, çoxlu sayda yaralı var.

Məlumata görə, qarşıdurma bazar günü Druzi tərəvəz satıcısının Dəməşq şossesində bədəvi silahlıları tərəfindən oğurlanması ilə başlayıb. Bu hadisədən sonra qarşılıqlı adam oğurluqlarının baş verdiyi və silahlı toqquşmaların vilayətin bir çox bölgəsinə yayıldığı açıqlanıb.

Yəhudilər İordaniyadan Qəzzaya yardım aparan yük maşınlarına hücum ediblər

Fələstin torpaqlarını zəbt edən israillilərin İordaniyadan Qəzza zolağına humanitar yardım aparan yük maşınlarına hücum etdikləri bildirilib.

İordaniyanın Əl-Mamləkə telekanalı Fələstin torpaqlarını ələ keçirən israillilərin İordaniyadan Qəzza zolağına humanitar yardım aparan onlarla yük maşınına hücum etdiyini bildirib.

İsrail Knessetində "Degel HaTorah" partiyası Netanyahunun kabinet koalisiyasını tərk etdiyini rəsmən elan edib

İsrail Knessetində dörd yerə sahib olan "Degel HaTorah" partiyası bu axşam baş nazir Binyamin Netanyahunun kabinet koalisiyasını tərk etdiyini rəsmən elan edib.

Bu qərara səbəb ultra-pravoslav yəhudiləri hərbi xidmətdən azad edən qanunun təsdiqi prosesində irəliləyişin olmaması olub.

Vilayəti: İranın qırmızı xətlərinə riayət şərti ilə danışıqlara qarşı deyilik

İran İslam Respublikasının Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti, Pakistanın daxili işlər naziri ilə görüşündə İran ilə ABŞ arasında mümkün danışıqlara toxunaraq bildirib: “İran İslam Respublikasının qırmızı xətlərinə riayət olunmaqla və əvvəlcədən şərt qoyulmadan aparılacaq danışıqlara qarşı deyilik.”

İraqda neft yatağı bombalandı

İraqın Ərbil şəhərindəki Hurmala neft yatağına pilotsuz uçuş aparatı (PUA) hücum edib.

İraq Kürd Regional Rəhbərliyinin (KRG) Terrorla Mübarizə İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada, saat 20:20-25:25 arasında Ərbildəki Hurmala neft yatağına iki bomba yüklü PUA atıldığı bildirilib.

Hadisə zamanı itkilər barədə məlumat verilməyib.

Quran elmlərinə ömrünü həsr etmiş görkəmli alim Alulbeytdə anıldı

Tanınmış Quran alimi, tədqiqatçı və ilahiyyatçı Ayətullah Seyid Məhəmmədbaqir Höccətinin vəfatının ardından onun xatirəsinə həsr olunmuş anım mərasimi Qumdakı Alulbeyt (ə) Beynəlxalq Müəssisəsində keçirilib.

Tədbirdə bir sıra görkəmli din və elm xadimləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər mərhumun elmi xidmətlərini və dini maarif sahəsindəki irsini yad edərək, onun elmi və mənəvi mirasının davam etdirilməsinin vacibliyini vurğulayıblar.