14 July 2025

Argentinada minlərlə insan Fələstinə dəstək üçün küçələrə axışıb

Argentinanın paytaxtı Buenos-Ayresdə Fələstin xalqına dəstək məqsədilə genişmiqyaslı etiraz aksiyası keçirilib.

Argentinanın paytaxtı Buenos-Ayresdə Fələstin xalqına dəstək məqsədilə genişmiqyaslı etiraz aksiyası keçirilib. Nümayiş Argentina-Fələstin Həmrəylik Komitəsinin “Argentina Qəzzada soyqırıma qarşı” şüarı altında başlatdığı milli kampaniyanın bir hissəsi olub.

Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub

Hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərovun vəkili vəsatət qaldıraraq onun istintaq təcridxanasına daxil olarkən aparılan müayinəsi ilə bağlı sənədin təqdim edilməsini xahiş edib. Vəsatət təmin edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Hakimiyyətin son hazırlığı : AŞURA Sonuncu, 11-ci hissə

Bütün bunlar Aşuranın niyə hədəfə alınması üçün bir müqəddəmə sayılacaq bir giriş idi. Bəlkədə toxunulan hər bir səbəb oxucu üçün uzun görünən, əslində geniş izaha ehtiyac duyulan məqamlar yazının qaranlıq bucaqlarında qalaraq ötdü. Lakin əsas məqam, Aşuranın niyə hədəfə alınması son nöqtə olaraq yazıya qoyularaq hakimiyyətin hədəfinə alınan bu məktəbin mahiyyətini aydınladır.

Neftə tələbatın artması “OPEC+” ölkələrinə hasilatı artırmağa imkan verib

“OPEC+” "səkkizliyi" ölkələrinin neft hasilatı kvotalarını artırmağa sövq edən əsas amillərdən biri III və IV rüblərdə neft tələbatının kəskin artımının gözlənilməsidir.

TASS xəbər verir ki, bunu OPEC-in baş katibi Heysəm əl-Qays 9-cu Beynəlxalq OPEC Seminarı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Cəfəri alimindən ABŞ-a sərt cavab: Livan asan hədəf deyil

Cəfəri din xadimi Şeyx Əhməd Qəblan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın “xəritə oyunu təhlükəlidir” açıqlamalarına cavab verib.

O, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barakın Livanla bağlı açıqlamalarına sərt reaksiya göstərərək, "xəritə oyunu təhlükəlidir" xəbərdarlığını edərək, Livanın "nə Vaşinqton, nə də başqası üçün asan hədəf olmadığını" vurğulayıb.

İsrail və HTŞ arasında davam edən gizli danışıqların təkcə Azərbaycanla məhdudlaşmadığını və Türkiyədə də bəzi kritik görüşlərin keçirildiyi bildirilir

İsrail mediasına danışan HTS-dən bir mənbə, danışıqların bəzi iclaslarının Türkiyədə keçirildiyini və prosesin birbaşa ABŞ prezidenti Trampın nəzarəti altında irəlilədiyini açıqlayıb.

Kanal 12-nin verdiyi xəbərə görə, Heyət Təhrir əş-Şamdan (HTŞ) bir mənbə İsrail və HTŞ arasında davam edən gizli danışıqların təkcə Azərbaycanla məhdudlaşmadığını və Türkiyədə bəzi kritik görüşlərin keçirildiyini iddia edib.

Aşura Bəhreyndə dini durumun acınacaqlı simasını bir daha nümayiş etdirdi

Bəhreydə də bəzi ölkələrdə olduğu kimi şiələr və şiəlik təzyiq altındadır. Bu barədə Bəhreyndə olan Əl-Vəfaq İslam İcması builki Aşura mövsümünün Bəhreyndə yaşananları müzakirə edən bəyanatında bildirib. “Hökumət dini azadlıqları müxtəlif iddialarla məhdudlaşdıraraq xalqın dini hüquqlarını pozulmaqla yanaşı şiddəti hüquqiləşdirərək inanclıları məngənə altında saxlayır” bəyanatda deyilir.

Kərbəlada uşaqlar üçün Quran müsabiqəsi keçirilib

Kərbəla şəhərində “Kövsər” adlı tərtillə Quran tilavəti müsabiqəsi təşkil edilib.

“Bizim övladlarımız – bizim qarilərimiz” şüarlı tədbir Həzrəti Abbas (ə) Hərəminin Quran Elmləri Mərkəzinin təşəbbüsü ilə keçirilib.

“Seyid Muhəmməd bin Həmzə Türbəsi” ilə birgə keçirilən sözügedən yarış artıq sayca üçüncü olub.

Müsabiqədə 18 tələbə iştirak edib.

“Çelsi” PSJ-ni məğlub edərək, Klublararası Dünya Çempionatının qalibi olub

Bu gün Klublararası Dünya Çempionatının final görüşü baş tutub.

Həlledici matçda PSJ və "Çelsi" üz-üzə gəlib.

82500 nəfərlik "MetLife" stadionunda keçirilən görüşü iranlı hakim Əli Rza Fəqani idarə edib.

“Çelsi” 3:0 hesabı ilə qalib gələrək, Klublararası Dünya Çempionatının qalibi olub.

KDÇ - Final