13 July 2025

Livan Hizbullah Lideri: Türkiyə ilə əlaqə saxlayırıq

Livan İslami Müqavimət Hərəkatı Hizbullahının baş katibi Şeyx Nəim Qasim bir neçə gün əvvəl əl-Məyadin kanalına müsahibəsində Türkiyə ilə əlaqələrlə bağlı açıqlamalar verib.

Yeni dövrdə Hizbullahın "Amerika və İsraildən başqa bütün tərəflərlə əlaqələrə açıq olduğunu" vurğulayan Qasim, İsrailin Hizbullaha qarşı qurduğu peycer tələlərinin ikinci partiyasının Türkiyənin köməyi ilə qarşısının alındığını söyləyib.

Türkiyədə peyğəmbərlərin karikaturasını yayımlayan nəşrin baş redaktoru həbs olunub

Həzrəti Məhəmməd və Həzrəti Musanın karikaturalatını dərc edən Türkiyənin "Leman" jurnalının baş redaktoru Aslan Özdəmir həbs olunub.
 

Fransadan İstanbula qayıdan jurnalist hava limanında göz altına alınıb. Polis əməkdaşları Özdəmiri birbaşa İstanbul ədliyyəsinə aparıb.

Baş redaktor barəsində "xalqı nifrət və düşmənçiliyə təhrik etmək və ya alçaltmaq" maddəsi ilə cinayət işi açılıb.

Qəzzada 650 min uşaq aclıqdan əziyyət çəkir

Qəzzada yüz minlərlə insan, o cümlədən 650 000 uşaq "utancverici beynəlxalq sükut fonunda aclıqla üzləşib".

Bu barədə "Al- Jazeera" yazıb. 

Bildirilir ki, İsrail qoşunları bütün keçid məntəqələrini bağlayıb və “müasir dövrdə kollektiv mühasirənin ən qəddar cinayətlərindən birində” ərzaq, dərman və yanacağın ölkəyə girişinin qarşısını alır.

Messidən MLS-də qol rekordu

MLS çempionatının adi matçında İnter Mayamidən olan argentinalı futbolçu Lionel Messi "Neşvill"ə iki qol vurub.

O, 6 matçda 11 qol vuraraq eyni liqa rekordunu müəyyən edib. 

Messi həm də MLS tarixində ardıcıl 5 matçda iki qol vuran ilk oyunçu olub.

"İnter Mayami" "Neşvill"i 2:1 hesabı ilə məğlub edib. MLS-in cari mövsümündə Messi 17 qol vurub və çempionatın bombardiri olub. 

Minlərlə israilli yenidən Netanyahuya qarşı küçələrə axışdı

Minlərlə israilli sionist İsrailin paytaxtı Təl-Əvivdə Begin küçəsi, Həbimə meydanı, Kirya hərbi bazası və Qərbi Qüdsdə etiraz aksiyası keçirərək Qəzzada atəşkəs və israilli məhbusların geri qaytarılmasını tələb edib.

Etirazçılar əllərində məhbusların fotoşəkilləri və hökumət əleyhinə lövhələr aparıblar.

ABŞ Dövlət Departamenti: “Zəngəzur dəhlizi” təklifi haqda məlumatımız yoxdur

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın administrasiyasının Azərbaycan və Ermənistana “Zəngəzur dəhlizi”ni açdırmaq istəməsi xəbərinə münasibət bildirib. 

Ermənistanın “Armenpress” xəbər agentliyinin yazılı sorğusuna cavab verən Dövlət Departamenti sözçüsü Temmi Brus bildirib ki, onlarda bu haqda informasiya yoxdur. 

“Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin təşviqi səylərini dəstəkləyir”, - o əlavə edib. 

Əbu Məhəmməd əl-Colani – Qərbin əlindəki potensial təhlükə

1960-cı ildə Ər-Riyadda Əhməd Hüseyn Əl-Şara adı ilə anadan olan Əl-Colani orta səviyyəli bir ailədə 5 oğul övladından biridir. Hüseyn əl-Şaraa Qolan təpələrində doğulmuş iqtisadçı və pan-ərəbizm düşüncəli xarizmatik lider Camal Əbdül Nasirin ideyalarından təsirlənmişdir.

Uşaqlıq və yeniyetməlik illərini o, Dəməşqin imkanlı məhəlləsində keçirib. Əl-Şara daha sonra daşınmaz əmlak ofisi yaradıb və ailəsi də əsasən Əl-Colani qardaşlarının idarə etdiyi supermarketdən gələn gəlirlə dolanışığını təmin edir.