11 July 2025

Suriyada Şiə alimi qətlə yetirilib

Suriyanın Homs şəhəri yaxınlığında naməlum şəxslər tərəfindən qətlə yetirilən şiə din xadimi Şeyx Rəsul Şahudun ölümü onun kəndində qəzəbli etirazlara səbəb olub və dini hakimiyyət (mütəxəssis din alimləri) bu qətli “mötədilliyə və birliyə çağırışlara hücum” adlandırıb.

Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə, Şeyx Rəsul Şahud dünən Homs şəhərinin kənarında avtomobilində olarkən naməlum silahlı şəxslər tərəfindən güllələnib.

İsrail əsgərləri özlərinin vurduğu çökən binanın altında qaldılar

İsrail işğal mediasının məlumatına görə, Xan Yunisdə bir bina çökərək, binanın içərisində qalan çox sayda İsrail əsgəri dağıntılar altında qalıb.

Hadisə ilə bağlı ətraflı məlumat hələlik paylaşılmayıb. Lakin İsrail mediası hadisələri “Qəzzada ciddi təhlükəsizlik hadisəsi” kimi qiymətləndirib. Məlumatlara görə, “Xan Yunisdə təhlükəsizlik hadisəsi zamanı bir qrup İsrail əsgəri binanın onların üzərinə çökməsi nəticəsində dağıntılar altında qalıb”.

İspaniya Avropa İttifaqını İsraillə Tərəfdaşlıq Sazişini dərhal dayandırmağa çağırıb

İspaniyanın baş naziri Pedro Sançes Avropa İttifaqı (AB)-İsrail Tərəfdaşlıq Sazişini dərhal dayandırmağa çağırıb.

İspaniya parlamentində çıxış edən Sançes sionist İsrailin baş naziri Benyamin Netanyahu hökumətini tənqid edərək, İsrailin hərəkətlərinin “21-ci əsrin ən qaranlıq fəsillərindən biri kimi yadda qalacağını” bildirib.

Əl-Əzhər “Avropa imamları”nın İsrailə səfərini kəskin şəkildə pisləyib

İsrail prezidenti İsaak Hersoqun ofisindən verilən açıqlamada o, Qərbi Qüdsdəki ofisində "Fransa, Belçika, Hollandiya, İtaliya və Böyük Britaniyadan olan imamları və müsəlman icma liderlərini" qəbul edib.

Əl-Əzhər cümə axşamı günü verdiyi bəyanatda özlərini “Avropa imamları” kimi qələmə verən şəxslərin sionist rejimə son səfərini “qətiyyətlə” pisləyib və iştirakçıları “İslamı və müsəlmanları təmsil etməyən azğın qrup” kimi xarakterizə edib.

Əzadar heyətləri Əskəriyyə ziyarətgahında əza mərasimləri keçirdilər

İmam Hüseynin (ə) əza məclisləri Məhərrəm və Səfər ayı boyunca davam edir. Bu məkanlar sırasında ziyarətgahlar sxüsusi əzadarlıqları ilə fərqlənir. Bağdad, Bələd və Dəcil bölgələrindən gələn əzadar heyətləri dünən axşam Müqəddəs Əskəriyyə ziyarətgahının ətrafında əza mərasimləri təşkil ediblər. İmam Həsən Əskərinin (ə) və İmam Əliyyən Nəqinin (ə) müqəddəs məzarlarının yerləşdiyi bu məkan ətrafında keçirilən mərasimlərdə  dini mərsiyələr oxunub və imamların izzəti yad edilib.

İran və İraq rəsmiləri Ərbəin mərasimi müzakirə etdi

Tehran və Bağdadın rəsmiləri Ərbəin mərasimi ilə bağlı görüş keçiriblər.

İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiq ilə İraqın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri və İraq Ərbəin Komitəsinin rəhbəri general Riyad əl-Hiyqani arasında Ərbəin ilə bağlı danışıqlar baş tutub.

Hakimiyyətin son hazırlığı : AŞURA 8-ci hissə

Bununla da bu plan son mərhələyə qədəm qoymuş oldu. Ölkənin mənəvi təsirə malik milli ruhda bütövləşən Aşuranın niyə və hansı qüvvə tərəfindən qadağalanmasına gəlməzdən öncə Aşura ilə bağlı qoyulacaq sonuncu nöqtələr də diqqətdən yayınmamalıdır. Şübhəsiz Aşura aşiqlərinin həbslərlə genişlənən son reperesiyası hələ Aşura ərəfəsinə qədər öz qurbanlarının sayını artıracaq. Eyni halda hakimiyyət saxlanılan, həbsdə olan bu növ qadağalarla barışmayanların da halına mədəni deyilərsə “yanmalıdır”.