08 July 2025

Londonda “Fələstin Fəaliyyəti” qrupuna dəstək aksiyası keçirilib

Fələstinli tərəfdarlar İngiltərədə İsraillə iş aparan şirkətlərə qarşı hərəkətləri ilə tanınan və İngiltərə hökumətinin terror təşkilatı elan etməyə hazırlaşdığı qrupa dəstək göstərmək üçün məhkəmə binası qarşısına toplaşıb.

Böyük Britaniyada İsraillə iş aparan şirkətlərə qarşı əməlləri ilə tanınan “Fələstin Fəaliyyəti” qrupunun hökumətin terror təşkilatı elan edilməsi cəhdləri ilə bağlı açılan işin baxılması zamanı məhkəmə binası qarşısında dəstək nümayişi keçirilib.

Makron: Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə aparan yeganə yoldur

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə nail olmağın yeganə yoludur.

Bu barədə Makron Böyük Britaniya parlamentində çıxışı zamanı bildirib.

“Biz Fələstin dövlətini tanımaq üçün birgə çalışırıq. Bu siyasi qərarın qəbulu sülhə aparan yeganə yoldur”, – Fransa lideri vurğulayıb.

Onun sözlərinə görə, Qəzza zolağında atəşkəsin əldə olunması vacibdir.

Saakaşvili: Rusiya Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşır

Həbsdə olan keçmiş Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiyanın Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşdığını deyib.

Bu barədə iyulun 8-də onun "Facebook" səhifəsindən paylaşılan bəyanatda qeyd olunub.

Saakaşvili Ukrayna hərbi kəşfiyyatının məlumatına istinad edərək deyib ki, Rusiya Azərbaycanla son gərginlik fonunda Ermənistanın Gümri şəhərindəki bazasını gücləndirir.

“Toplum TV işi”: "Ədalətli məhkəmə gözləntim olmasa da, ən azı cəmiyyətə məlumat çatdırmaq üçün məhkəmədə danışmaq qərarına gəldim”

İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyev sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən iclasda başladığı çıxışını davam etdirib. 

O, çıxışında İDİ-nin yaranma tarixindən və gənclərin maarifləndirilməsi məqsədilə keçirilən təlimlərdən danışıb.

Klublararası dünya çempionatında 1/2 final - "Çelsi" "Fluminense" ilə üz-üzə

ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatı sona yaxınlaşır.

Bu gün 1/2 finala start veriləcək. İlk oyun günündə finala vəsiqə uğrunda Cənubi Amerika və Avropa təmsilçiləri üz-üzə gələcək. 

Braziliyanın “Fluminense” komandası İngiltərə “Çelsi”si ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Ənsarullahın hücum etdiyi gəmi batıb; hadisə zamanı yaralananlar, itkin düşənlər var

Ənsarullahın ticarət gəmisinə hücumu nəticəsində iki nəfər yaralanıb, daha iki nəfər itkin düşüb.

Bu barədə "Reuters" Böyük Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Yəmənin Qırmızı dənizdəki Hudeyda limanından 49 dəniz mili cənub-qərbdə baş verən hadisə nəticəsində gəminin mühərrikləri zədələnib, bundan sonra gəmi dreyf etməyə başlayıb.

Qazaxıstan Trampın tariflərinə cavab verəcək

Amerika Birləşmiş Ştatlarının Qazaxıstan mallarına 25% rüsum tətbiq etməsinə qarşı tədbirlər planı hazırlanır. 

Bu barədə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"ABŞ tərəfindən Qazaxıstandan gələn mallara 25%-lik gömrük rüsumunun tətbiqi ilə əlaqədar Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyi rəsmi cavab hazırlayır", - mətbuat xidmətinin bəyanatında deyilir.

Colani qüvvələri Həzrəti Zeynəb (s.ə) hərəminə girişi əngəlləyib

Colani qüvvələri Həzrəti Zeynəb (s.ə) hərəmində əzadarlıq keçirilməsini əngəlləyib.

Colaninin terrorçu qüvvələri hətta Şəmi-Qəriban gecəsi (Kərbəlada İmam Hüseynin (ə) şəhadət gecəsi) Həzrət Zeynəbin (s.ə) hərəminin qapılarını bağlayıb, mərsiyə oxunmasına icazə verməyiblər, lakin bəzi ziyarətçilər hərəmin divarların arxasından şam yandırıblar.

16 gündür aclıq edən Hacı Vəliyevin səhhətinin pisləşdiyi deyilir

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı və"Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir. 

Bu barədə onun hüquqlarını müdafiə edən “Facebook” səhifəsində məlumat verilib. 

Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib. Onun danışmaqda çətinlik çəkdiyi də qeyd edilir. 

Hakimiyyətin son hazırlığı : AŞURA 5-ci hissə

Bənanyar hadisəsi, o qanlı olaydan bir il sonra, 2011-ci il dekabrın 6-da Gəncə şəhərində Aşura yürüşü insedent yaşandı. Hər il adətə çevrilən Aşura yürüşünə polis sərt müdaxilə etdi. Saxlanılan inanclılar polis idarəsində ciddi işgəncə gördü. Hadisədən qısa müddət sonra müsahibə verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional təşkilatının sədri Asif Əliyev Aşura ərəfəsində küçə yürüşlərinin qadağasından danışdı.