01 May 2025

Suriyada şəhər meri və oğlu öldürülüb

Naməlum şəxslər Suriya paytaxtının cənub-qərbində yerləşən Saxnaya şəhərinin merini güllələyiblər, onunla birlikdə oğlu da öldürülüb.

Bu barədə “Syria TV” telekanalı məlumat yayıb.

Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır.

Telekanalın məlumatına görə, mer Husam Varura qarşı sui-qəsd günün birinci yarısında Dəməşq yaxınlığında törədilib.

Azərbaycanın minifutbol yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci yeri tutub

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci olub. 

Elşad Quliyevin rəhbərlik etdiyi komanda finalda təşkilatçı ölkənin təmsilçisi ilə qarşılaşıb.

Matçın əsas vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasında isə Slovakiya daha dəqiq oynayıb - 3:1.

İsrail druzları qorumaq bəhanəsi ilə Suriyaya hücum edir

İsrail ordusunun Suriyada hərbi hədəfə hava hücumu təşkil etdiyi və bu hücumun druz icmasına qarşı planlaşdırılmış hücumun qarşısını almaq üçün edildiyi açıqlanıb.

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallant İsrail ordusunun Suriyada hərbi hədəfə hava hücumu təşkil etdiyini və bu hücumun druz icmasına qarşı planlaşdırılmış hücumun qarşısını almaq üçün edildiyini açıqlayıb.

İsveçdə 1 May nümayişlərində yüzlərlə insan İsrailin Qəzzaya hücumlarına etiraz edib

İsveçin paytaxtı Stokholmda İsrailin Qəzzaya hücumlarına etiraz olaraq 1 May İşçi Bayramı münasibətilə Fələstinə dəstək nümayişi keçirilib.

İsrailin Qəzzada törətdiyi soyqırımına görə məsuliyyət daşımaq və bölgəyə humanitar yardım çatdırmaq üçün Stokholmun Odenplan rayonunda toplaşan fəallar.

Aksiya zamanı "Qəzzada uşaqlar öldürülür", "Məktəblər və xəstəxanalar bombalanır" və "İsrailə qarşı soyqırım embarqosu tətbiq olunsun" yazılı plakatlar qaldırılıb.

Fərid Mehralızadə: “Siyasi həbslər bütün vətəndaşları narahat etməlidir”

“Abzas Media" işi üzrə həbsdə olan, Azadlıq Radiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadə 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə ictimaiyyətə məktub ünvanlayıb. 

Azadlıq Radiosunun dərc etdiyi məktubda Mehralızadə Azərbaycanda müstəqil medianın son illərdə demokratik mühitdə “nəfəslik” rolunu oynadığını yazıb. 

Soyqırım edən İsrail məhkəmə önündə

Hollandiyanın Haaqa şəhərində soyqırım törədən İsrailin fələstinlilərə qarşı humanitar məsuliyyətinə dair Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) dinləmələr başlayıb.

Məhkəmə heyətinin iştirakı ilə açılan iclasda 45 iddiaçı İsrail hökumətini Qəzzəyə humanitar yardımların çatdırılmasına mane olmaqda ittiham edir. İddiada İsrailin Qəzzaya tətbiq etdiyi blokadaya görə beynəlxalq humanitar hüququ pozduğu və əsas ehtiyaclara çıxışı məhdudlaşdırdığı iddia edilir.

Hacı Tale Bağırzadə Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq aclıq aksiyasına başlayıb

İlahiyyatçı Hacı Tale Bağırzadə mayın 7-də Azərbaycana rəsmi səfərə gələn İsrailin baş naziri Benyamin Netanyahunun səfərinə etirazını bildirib. Həbsxanadan ünvanladığı bəyanatında o insanlıq qatilinin ölkəmizə səfərinin yolverilməz olduğunu bildirərək buna etiraz üçün Azərbaycan xalqına çağırış edib. Bəyanatda deyilir: 

Messinin komandası yarımfinalda uduzdu

Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunda finala yüksələ bilməyib.

ABŞ təmsilçisi yarımfinal mərhələsinin cavab matçında Kanadanın "Vankuver Uaytkeps" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma "İnter Mayami"nin məğlubiyyəti ilə bitib - 1:3. Komanda ilk görüşdə də rəqibinə uduzmuşdu - 0:2.

Yəhudilər Əl-Əqsa məscidinə basqın etdilər

Fələstin torpaqlarını zəbt edən israillilər işğal altındakı Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.

Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, fanatik yəhudilər İsrail polisinin ağır mühafizəsi altında Əl-Əqsa həyətinə daxil olublar. Onlar qruplar halında Əl-Əqsa həyətinin ətrafında təxribat xarakterli parad keçirərək orada “Talmudik” ayinlərini icra ediblər.

“Müsəlmanlar arasında ixtilaf salmaq caiz deyil və onların həqiqi əqidələrini zəiflətmək böyük səhv və düzəlməz itkidir”.

Ayətullah Şübeyri Zəncaninin dəftərxanası həqiqi İmamiyyə məzhəbinin kəlami əsaslarının izahının vacibliyi və şiə məzhəbinin dərin köklü prinsiplərinin qorunub saxlanmasının zəruriliyi ilə bağlı bəyanat yayıb.

 

“Rəhman və Rəhim olan Allahın adı ilə!

Aləmlərin Rəbbi olan Allaha həmd olsun, əfəndimiz Muhəmməd, onun ailəsi və Əhli-beytinə salavat və salam olsun.