07 February 2024

Azərbaycanın daha bir taekvondoçusu BƏƏ-də medal qazandı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Fujeyra açıq çempionatında Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb.

Federasiyadan "Unikal"a verilən məlumata görə, Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

36 kq-da mübarizə aparan idmançı yarımfinala qədər Özbəkistan, Qazaxıstan və BƏƏ taekvondoçusuna 2:0 hesabı ilə qalib gəlib. Lakin o, yarımfinada misirli rəqibinə məğlub olaraq bürünc medala yiyələnib.

Pakistanda seçkilər öncəsi namizədlərin ofisləri yaxınlığında baş verən partlayışlarda 30-dan çox adam ölüb

Fevralın 7-də parlamentə səsvermənin keçirilməsinə bir gün qalmış Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində namizədlərin seçki büroları yaxınlığında törədilən iki partlayışda ən azı 30 nəfər həlak olub.

Rəsmilərin bildirdiyinə görə, partlayışlar nəticəsində onlarla adam da yaralanıb.

Blinken İsrail rəsmiləri ilə İsraillə HƏMAS arasında atəşkəs təklifini müzakirə edir

ABŞ dövlət katibi Antoni Blinken İsrail liderləri ilə Qəzzada zolağında döyüşlərin dayandırılması və HƏMAS tərəfindən girovlarının azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün çərşənbə günü İsrailə gedib.

İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və prezident İsxaq Hersoqla görüşlər Blinkenin HƏMAS liderlərinin təklifə öz cavabını verdiklərini söyləməsindən bir gün sonraya təsadüf edir.

Gürcüstan və Azərbaycan arasında yeni gömrük postu tikiləcək

Gürcüstan və Azərbaycan arasında İpək Yolu gömrük-keçid məntəqəsinin tikintisi Gürcüstan hökumətinin yeni fəaliyyət planında öz əksini tapıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirliyə namizədi İrakli Kobaxidzenin ölkə parlamentinə təqdim etdiyi hökumət planında qeyd olunub. 

Planda Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsinin tikintisi üzrə fəal işin davam etdirilməsindən bəhs edilir.

İsrail Suriyanı atəşə tutdu - Mülki vətəndaşlardan ölənlər var

İsrail Suriyanın mərkəzində yerləşən Hums əyalətinə hücum edib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu  barədə Suriyanın xəbər agentliyi SANA məlumat yayıb. 

Bildirilir ki, İsrail qüvvələri hava hücumu ilə Hums şəhərinin mərkəzi və çöldəki bəzi məntəqələri hədəf alınıb. 

Minifutbol üzrə Azərbacan çempionatı: “Zirə” son çempionu məğlub edib

Minifutbol üzrə Azərbaycan çempionatında IX tura start verilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən məlumatına görə, ilk gündə 4 oyun keçirilib.

Turun mərkəzi matçında “Zirə” ilə “Birbaşa Bakı” üz-üzə gəliblər. İtkisiz irəliləyən “Zirə”ni son çempion da büdrədə bilməyib. Rəqibini 4:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 27-yə yüksəldərək, liderliyini bir qədər də möhkəmlədib.

HƏMAS atəşkəs təklifinə cavab verdi

Yaxın Şərq turnesi çərçivəsində Qətərə gedən ABŞ dövlət katibi Antoni Blinken Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.

Görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında danışan Əl Sani, HƏMAS-ın İsraillə yeni əsir mübadiləsi razılaşması ilə bağlı təklifə bir müddət əvvəl cavab verdiyini ifadə edərək, "Həmas təkliflə bağlı bəzi şərhləri var idi, lakin bunun ümumiyyətlə müsbət olduğunu söyləyə bilərik.”

Sudani: Biz İraqın qonşu ölkələrə hücum etmək üçün istifadə edilməsinə icazə verməyəcəyik

İraqın baş naziri Məhəmməd Şiyə Sudani, Bağdadda Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​ilə görüşündə Suriyada təhlükəsizliyin gücləndirilməsinin lazım olduğunu, bunun İraq və Türkiyənin milli təhlükəsizliyi ilə əlaqəli olduğunu bildirib.

Türkiyənin Şimali İraqa təkrar hücumlarına toxunan Sudani, İraqın suverenliyinə xələl gətirmək məqsədi daşıyan hər hansı hərəkəti rədd etdiklərini bir daha vurğulayıb.