Gürcüstan və Azərbaycan arasında yeni gömrük postu tikiləcək

Gürcüstan və Azərbaycan arasında İpək Yolu gömrük-keçid məntəqəsinin tikintisi Gürcüstan hökumətinin yeni fəaliyyət planında öz əksini tapıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirliyə namizədi İrakli Kobaxidzenin ölkə parlamentinə təqdim etdiyi hökumət planında qeyd olunub. 

Planda Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsinin tikintisi üzrə fəal işin davam etdirilməsindən bəhs edilir.

Qeyd olunur ki, bu gömrük məntəqəsi iki ölkənin nəqliyyat-logistika potensialının inkişafına və regionda nəqliyyat-ticarət əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Plana əsasən, Şərq-Qərb istiqamətində yolların tikintisi davam etdiriləcək və işlər başa çatdıqdan sonra Tbilisidən Batumiyə gediş müddəti 3,5 saata enəcək.