İsrail Suriyanı atəşə tutdu - Mülki vətəndaşlardan ölənlər var

İsrail Suriyanın mərkəzində yerləşən Hums əyalətinə hücum edib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu  barədə Suriyanın xəbər agentliyi SANA məlumat yayıb. 

Bildirilir ki, İsrail qüvvələri hava hücumu ilə Hums şəhərinin mərkəzi və çöldəki bəzi məntəqələri hədəf alınıb. 

"Havadan müdafiə sistemlərimiz Livandan gələn düşmən raketlərini ələ keçirərək bəzilərini vurub. Hücum zamanı bir neçə mülki vətəndaş həyatını itirib. Maddi dağıntılarla yanaşı yaralananlar da olub",-  KİV qeyd edib. 

Hücumla bağlı İsrail tərəfindən heç bir açıqlama verilməyib.