15 March 2023

Türkiyədə sel nəticəsində 13 nəfər həlak olub

Türkiyədə zəlzələ bölgəsində intensiv yağışların yağması ilə yaranan sel nəticəsində həlak olanların sayı 13-ə çatıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, hələ də itkinlər var, ölənlərin sayının artacağı istisna deyil.

Xatırladaq ki, sel Adıyaman və Şanlıurfa şəhərlərini əhatə edir.

İsrail: Hizbullah güc toplayır

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrail rejiminin Baş Qərargah rəisi Herzi Halevi deyib ki, Livanda Hizbullah Hərəkatı güc toplamağa çalışır və onlar buna hazır olmalıdırlar.

İsrailin Kanal 14 televiziyasının xəbərinə görə, Halevi ölkənin cənubundakı Tselim hərbi bazasında çıxış edib. Rejiminin Baş Qərargah rəisi regionda baş verən proseslərlə bağlı dəyərləndirmələr apararaq, "Hizbullahın güc toplamağa çalışdığının fərqindəyik. Hər şeydən əvvəl hazırlaşmalyıq" deyib.

Həcc ziyarətinin qiyməti açıqlandı

Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir.

Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.

Həcc ziyarətinə getmək üçün aşağıdakı sənədlər tələb edilir:

Əl-Əzhər Fransada məscidə edilən irqçi hücumu pisləyib

Misirdəki Əl-Əzhər İslam Mərkəzinin ifratçılıqla mübarizə komitəsi Fransada məscidə qarşı irqçi hərəkəti pisləyən bəyanat yayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl-Əzhərin ifratçılıqla mübarizə komitəsi Fransanın Bissak şəhərində məscidə edilən irqçi hücumu pisləyib.

Naməlum şəxslər irqçi hərəkətdə bu məscidin divarlarına irqçi ifadələr yazıb, həmçinin bu məscidin qapısına ifrat sağçı hərəkatın işarəsini çəkiblər.

“Kütləvi aksiyalara selektiv yanaşma var”

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK)  ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı ümumilikdə 35 qərarının icrasını müzakirə elədi. Qərarların otuzuna "Qafqaz Məmmədov qrupu" daxilində nəzarət edilir. Qrupda sərbəst toplaşmaq azadlığı ilə bağlı işlərdən bəhs edilir. Orada, əsasən, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb. Qurum bu işlərlə bağlı qanunvericilik sarıdan islahatları zəruri sayır.

Avropa Parlamenti Azərbaycan hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırır

Operativtv.com Turana istinadən xəbər verir ki, çərşənbə günü Avropa Parlamenti Azərbaycan üzrə məruzəçi xorvatiyalı deputat Jelyan Zobkonun hazırladığı “Aİ-Azərbaycan münasibətləri” adlı hesabatını səs çoxluğu ilə təsdiqləyib.

Plenar iclasda və hesabat ətrafında müzakirələr zamanı deputatların əksəriyyəti Azərbaycan hakimiyyətini beynəlxalq öhdəlikləri, fundamental azadlıqları və insan hüquqlarını pozmaqda tənqid edib.

Rüfət Səfərov hücuma məruz qalıb

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmsədri, hüquq müdafiəçisi Rüfət Səfərov hücuma məruz qalıb. Bu barədə hüquq müdafiəçisi öz sosial hesabında paylaşım edib. O “İndicə avtomobilə əyləşdiyim zaman bir kişi ustümə hücum etdi, kəllə ilə mənə zərbə endirdi” yazıb. Onun kim tərəfindən və hansı səbəbə hücuma məruz qalması hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma oldu

Pakistanda keçmiş baş nazir İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Xanın tərəfdarları keçmiş Baş nazirin iqamətgahının qarşısında polisə müqavimət göstəriblər. Bununla da, polis növbəti dəfə  İmran Xanın həbsinə nail ola bilməyib. 

Lahorda baş verən qarşıdurmalarda indiyədək 33 polis əməkdaşı yaralanıb, çoxlu nümayişçi saxlanılıb. 

Bu il müqəddəs Ramazan ayı martın 23-də başlayır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan (orucluq) ayının təqvimini açıqlayıb.

İdarədən bildirilib ki, təqvim QMİ-nin sorğusuna cavab olaraq Pirqulu rəsədxanasının verdiyi məlumatlar əsasında tərtib olunub.

Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron vaxt ölçüsünə uyğun hazırlanıb. Digər bölgələr Ramazan ayının təqvimini "qafqazislam.com" saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləməlidilər.

İslam Dininin Novruz bayramına münasibəti

 Novruz bayramı elə geniş coğrafi ərazini əhatə edir ki, onun hansı xalqa mənsub olduğunu və hansı tarixdə yarandığını qətiyyətlə söyləmək çətindir.

Amma ehtimal etmək olar ki, onun yaranma tarixi ibtidai icma quruluşunun inkişaf etmiş mərhələsilə bağlıdır.

Bəzi görkəmli alimlər Novruz bayramının Babilistanda, eradan əvvəl 3-cü minillikdə keçirildiyini xəbər verirlər. Təxminən həmin dövrdən Azərbaycan ərazisində də bu bayramın mövcud olduğu ehtimalı ortaya çıxır.

Professor: Fransada müsəlman qadınların hicab qadağası ayrı-seçkilikdir

Fransada müsəlman qadınların hicab qadağası həm də seksist yanaşma və ayrı-seçkilikdir.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu professor Sahar Aziz İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Fransada islamafobiya” adlı plenar iclası zamanı deyib.

Meta 10 000 nəfəri işdən çıxarır

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Facebook-un ana şirkəti Meta Platforms çərşənbə axşamı günü 10 000 işçini ixtisar edəcəyini, 11 000 işçisini buraxdıqdan cəmi dörd ay sonra kütləvi ixtisarların ikinci turunu elan edən ilk Big Tech şirkəti olduğunu deyib.

Baş icraçı direktor Mark Zukerberq işçi heyətinə göndərdiyi mesajda "Komanda sayımızı təxminən 10 000 nəfər azaltmağı və hələ işə götürmədiyimiz təxminən 5000 vakansiyanın bağlamağı planlaşdırırırq" deyib.

Azərbaycan və Almaniya iqtisadi əlaqələri və sülh məsələlərini müzakirə edib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Azərbaycan Almaniyanın və rolu artmaqda olan Avropa İttifaqının tərəfdaşıdır. Almaniya Ermənistanla Azərbaycan arasında sülhdə maraqlıdır və son vaxtlar gərginliyin artmasından narahatdır.

Bu barədə martın 14-də Almaniya kansleri Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə birgə Berlində keçirdiyi mətbuat konfransında bildirib.

“İran cəsusu” iddiası effektsiz yalandır

Ötən gün növbəti “İranın cəsus şəbəkəsi” adı altında təqdimat gerçəkləşdi. Artıq silsilə halına gələn bu həbslərin İranla əlaqələndirilməsi təsadüfi deyil. Anti-İran təbliğatları fonunda inanclıların şiə olması, bağlılıq üçün əsas kimi hakimiyyətin qabartdığı növbəti saxtakarlıqdır. Bunun yeganə doğru tərəfi həqiqətən də bu insanların şiə əqidə davamçıları olmasıdır. Bu da təbiidir.

İslam Universitetinin rektoru: “İslam sülhə, təhlükəsizliyə, ləyaqətli və şərəfli olmağa çağırır”

“İslam sülhə, təhlükəsizliyə, ləyaqətli və şərəfli olmağa çağırış edir və bu ideya dünya ictimaiyyətinə çatdırılmalıdır”.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu Qazaxıstanda yerləşən Misir İslam Mədəniyyəti Universitetinin rektoru Məhəmməd Əl-Şahhat Əl-Cindi Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Mançester Siti" "Leypsiq"i darmadağın etdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 komandasının adına aydınlıq gəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunlar İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klublarıdır.

Çempionlar Liqası
1/8 final (cavab oyunları)
"Mançester Siti" (İngiltərə) – "Leypsiq" (Almaniya) 7:0
"Portu" (Portuqaliya) – "İnter" (İtaliya) 0:0

NATO-nun keçmiş rəhbəri Azərbaycanın cəzalandırılmasını istəyir

"Ola bilsin, prezident İlham Əliyev də Putin kimi avtokratdır, amma düşünmürəm ki, Əliyev prezident Putinin düşdüyü vəziyyətdə olmaq istəsin. Mən bir daha Əliyevi Dağlıq Qarabağın blokadasına son qoymağa çağırıram".

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Rasmussen deyib.

Ermənistanda səfərdə olan Rasmussen Azərbaycanın və onun rəhbərliyinin ünvanına  ittihamlarla çıxış edib.

İŞİD-ə qarşı müdafiə fətvasının 9-cu ildönümü qeyd edilib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Nəcəfdə İmam Əlinin (ə) mübarək türbəsində böyük mərcə Ayətullah Seyid Sistaninin İŞİD-ə qarşı müdafiə fətvasının 9-cu ildönümü qeyd edilib.

Mərasimdə İŞİD-ə qarşı müharibə zamanı şəhid olanlar yad edilib, şəhid ailələrinə dəstək ifadə olunub.

Rusiya Qara dənizdə ABŞ pilotsuz təyyarəsini vurub

Rusiya Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirən ABŞ-ın MQ-9 Reaper tipli pilotsuz uçuş aparatını vurub. ABŞ-ın Avropa Qüvvələr Komandanlığı (EUCOM) Rusiyanın iki Su-27 təyyarəsinin Qara dənizdə ABŞ-ın MQ-9 Pilotsuz Uçuş Aparatına təcavüz etdiyini və təyyarələrdən birinin qəzaya uğraması zamanı MQ-9-un beynəlxalq sulara çırpıldığını açıqlayıb.

İran, Çin və Rusiyadan birgə təlim

Operativtv.com Mehr-ə istinadən xəbər verir ki, İranın Çin və Rusiya ilə birgə hərbi dəniz təlimi bu gündən etibarən Hind okeanının şimalında keçiriləcək. Bu məşq 5 gün davam edəcək.

İran, Çin və Rusiya 2022-ci ilin yanvarında Hind okeanında birgə hərbi dəniz təlimi keçirib. Təlimdə İran donanmasının 11 gəmisi, biri esmines olmaqla 3 Rusiya gəmisi və iki Çin hərbi gəmisi iştirak edib