Suriya prezidenti Bəşər Əsəd rəsmi səfər üçün Moskvadadır

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, ötən axşam Moskvaya rəsmi səfərə gələn Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Suriya Prezident Aparatından verilən açıqlamada rəsmi səfər üçün Moskvaya gələn Suriya prezidenti Bəşər Əsədin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib. "Prezident Bəşər Əsəd Rusiya Federasiyasına rəsmi səfər etmək üçün axşam saatlarında Moskvaya gəlib. Səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcək" - məlumatda deyilir.