“OPEC+” ölkələri kvotalarından geriləməni azaldıblar

Neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmaya əsasən öhdəlikləri olan "OPEC+" ölkələri fevral ayında neft hasilatını sutkada 160 min barel artıraraq, öz kvotalarından geriləməni sutkada 1,7 mln. barelə qədər azaldıblar.

“Kvotası olan 19 iştirakçının ("OPEC+" sövdələşməsi iştirakçıları – red.) gündəlik hasilatı fevralda sutkada 160 min barel artaraq – 38,38 mln. barelə çatıb ki, bu da alyansın real tədarük həcminin hədəf səviyyəsindən geri qalmasını yanvardakı 1,9 mln. bareldən 1,7 mln. barelə qədər azaldıb”, - IEA mütəxəssisləri hesab edirlər.

"OPEC+" 2020-ci ilin may ayında koronavirus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi, lakin noyabr ayından hasilatı yenidən azaltdı - avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 milyon barel. Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.