“İran cəsusu” iddiası effektsiz yalandır

Ötən gün növbəti “İranın cəsus şəbəkəsi” adı altında təqdimat gerçəkləşdi. Artıq silsilə halına gələn bu həbslərin İranla əlaqələndirilməsi təsadüfi deyil. Anti-İran təbliğatları fonunda inanclıların şiə olması, bağlılıq üçün əsas kimi hakimiyyətin qabartdığı növbəti saxtakarlıqdır. Bunun yeganə doğru tərəfi həqiqətən də bu insanların şiə əqidə davamçıları olmasıdır. Bu da təbiidir. Bir zamanlar Təzə Pir məscidində, Aşura mərasiminə qatılan Heydər Əliyev də bu xalqın kök və əsaslı şiə inancına əksəriyyətinin bağlı olduğunu görürdü. Elə buna görə də məhz Aşura mərasiminə qatılaraq xalqın ümumi dəyərinə və kütlənin əksəriyyət etiqadına ehtiram nümayiş etdirmişdi. Lakin bu gün hədəfə alınan şiəlik sankı yoxdan İran tərəfindən yaradılan bir məzhəb olaraq Azərbaycana gəlmiş və ölkənin siyasi idarəçiliyinə yönəlik bir idioligiya kimi təqdim edilir.
Bunun absurd və məntiqsiz olmasına nümunə göstərmək belə insanın özünə təhqirindən başqa bir şey deyil. Azərbaycan xalqı tarixən şiə olub və bütün bu həbslər onun əqidə mövcudluğuna əsla ləkə sala bilməz. Digər bir reallıq Hacı Şahin Həsənlinin dəfnində yaşandı ki, görünür hakimiyyət inanclılara bunu bağışlaya bilmir. Hər kəs Hacı Şahinin vətənpərvər, milli ruhun tərənnümçüsü olan əvəzsiz bir ilahiyyatçı olduğunu bilir və qədul edir. Elə bunu ölkənin rəsmi televiziya kanallarının Hacıya göstərdikləri ehtiram da təsdiq edir. Ölkə rəsmilərinin onun haqqında görüntüləri və səsləndirdikəri fiirlər də bu istiqamətdə genişdir.
Bu da həqiqətdir ki, minlərin, on minlərin dəfninə qatıldığı Hacı Şahin hüzrü heç bir kənar ölkənin təsiri deyil, kökündə İslam və Əhli-beytin (ə) durduğu bir xalqın inanc və inanclıya verdiyi qiymət idi. Bunda İran izi axtarmaq samanlıqda iynə axtarmaq kimi mümkünsüzdür. Bütün bunların fonunda bir xalqın inancına həqarət göstərmək, onu hələ də İrana nifrət və hansısa dövlətə sədaqət nümayişi üçün həbsinə qalxmaq sözün əsil mənasında qəbul edilməzdir.
Azərbaycan şiəsi öz ölkəsini, xalqını dinini sevdiyi kimi sevir və bu sevgiyə sadiqdir. Onun, xalqın ruhunda tamlaşmış inancını kölgə altlına almaq və inanclısını ləkələmək isə din və inanca, bir xalqın tam bütövlüyü, eyni halda demokratik dəyərlərinə qarşı saxtakarlıqdan başqa bir şey deyil.
Biz Müsəlman Birliyi Hərəkatı olaraq ölkədə kütləvi və uzunmüddətli vəziyyət alan inanclıların həbsini kəskin pisləyir, vətəndaşına qarşı geniş reperessiyalara hakimiyyətdən son verməyi tələb edirik.
Son olaraq, inancı, əqidəni xalqın varlığına ləkə görməyə çalışanlara, onu uğursuz olaraq inancından ayırmağa cəhd göstərənlərə tövsiyyəmiz isə, onların tarixin bundan öncəki İslamla mübarizə aparan sovet idiologiyasının anti-milli addımlarında məğlubiyyətə düşüar olduqlarını unutmamalarıdır.