DTX: Casusluq edən xarici ölkə vətəndaşı həbs olunub

1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu Azərbaycan ərazisində casusluqda  şübhəli bilinir.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə martın 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

"Toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycanın təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub", - məlumatda qeyd olunub.