"Mançester Siti" "Leypsiq"i darmadağın etdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 komandasının adına aydınlıq gəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunlar İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klublarıdır.

Çempionlar Liqası
1/8 final (cavab oyunları)
"Mançester Siti" (İngiltərə) – "Leypsiq" (Almaniya) 7:0
"Portu" (Portuqaliya) – "İnter" (İtaliya) 0:0

Qeyd edək ki, daha əvvəl "Çelsi" (İngiltərə), "Milan" (İtaliya), "Benfika" (Portuqaliya) və "Bayern" (Almaniya) 1/4 finala vəsiqə qazanıb.