İsrail: Hizbullah güc toplayır

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrail rejiminin Baş Qərargah rəisi Herzi Halevi deyib ki, Livanda Hizbullah Hərəkatı güc toplamağa çalışır və onlar buna hazır olmalıdırlar.

İsrailin Kanal 14 televiziyasının xəbərinə görə, Halevi ölkənin cənubundakı Tselim hərbi bazasında çıxış edib. Rejiminin Baş Qərargah rəisi regionda baş verən proseslərlə bağlı dəyərləndirmələr apararaq, "Hizbullahın güc toplamağa çalışdığının fərqindəyik. Hər şeydən əvvəl hazırlaşmalyıq" deyib.

İranın bölgədəki fəaliyyətinə diqqət çəkən Halevi, İranın gələcək illərdə iştirak edəcəyi addımlarını da diqqətdən yayındırmamağı qeyd edib.