06 March 2023

Salah "Liverpul"un bombardiri oldu

İngiltərə Premyer Liqasının 26-cı turunda "Liverpul" öz meydanında "Mançester Yunayted"i (7:0) böyük hesabla məğlub edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu oyunda dublla yadda qalan misirli hücumçu Məhəmməd Salah klubun tarixinə düşüb. Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə ki, 30 yaşlı futbolçu İPL-da vurduğu qolların sayını 129-a çatdıraraq, klubun ən yaxşı bombardiri olub. O, bu göstəricidə komandanın sabiq hücumçusu Robbi Fauleri (128 qol) qabaqlayıb.

Ayətullah Xamenei: Tələbələrin zəhərlənməsi ciddi araşdırılmalıdır

“Tələbələrin zəhərlənməsi məsələsi səlahiyyətlilər tərəfindən ciddi şəkildə araşdırılmalıdır”

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkədə baş verən zəhərlənmə hadisələri ilə bağlı deyib.

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei hər il olduğu kimi bu gün də “Ağacəkmə günü” münasibəti ilə günortadan əvvəl iki fidan əkib.

Ruslan İzzətli: Hesabatlılıq, şəffaflıq yoxdursa korrupsiyanın bütün alətlərini Azərbaycanda görə bilərik

Siyasətçi Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda korrupsiyanı yaradan səbəblər və korrupsiyaya qarşı mübarizənin üsullarından danışıb.

Amerikanın Səsi: Azərbaycan Beynəlxalq Şəffaflıq Təşkilatının dünya üzrə reytinqində irəliləyişə nail ola bilmir. Sizcə bunun səbəblərini harada axtarmaq lazımdır?

Səudiyyə Ərəbistanı Asiya və Avropa bazarları üçün neftin qiymətini qaldırıb

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı aprel ayında Asiya və Avropa üçün neftin qiymətini qaldırıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Aprel ayı üçün “Arab Light”ın Asiya üçün rəsmi satış qiyməti Oman-Dubay etalonunda 2,5 ABŞ dolları bahalaşıb ki, bu da mart ayı qiymətindən 50 sent yüksəkdir.

Hərbi qulluqçumuz minaya düşərək şəhid oldu

Xəbər verdiyimiz kimi martın 4-də Azərbaycan Ordusunun hərbi qulluqçusu 1995-ci il təvəllüdlü Hüseynov Kamran Namiz oğlunun qar uçqunu nəticəsində həlak olduğu bildirilirdi.

Müdafiə Nazirliyi "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması barədə məlumatı təsdiq edirik.

İmran Xanın çıxışlarının yayımı qadağan edildi

Hindistanda eks Baş nazir İmran Xanın çıxışlarının yayımlanması qadağan edilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, qadağa dövlət qurumları və rəsmilərinə qarşı təxribat xarakterli və əsassız iddialar səbəbilə tətbiq edilib. 

Pakistan Ədalət Hərəkatı Partiyasının sədr müavini Çaudri Favad Hüseyn bu qərarla bağlı məhkəməyə müraciət edəcəklərini açıqlayıb.

Pakistanda polislərə qarşı terror: Çox sayda ölü və yaralı

Pakistanın Bəlucistan əyalətində terror aktı törədilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, terrorçuların hücumu nəticəsində 9 polis əməkdaşı həyatını itirib, daha 11-i isə yaralanıb.

Bildirilib ki, terrorçu-kamikadze Kaççi və Sibi rayonlarını birləşdirən Bolan körpüsü üzərində hüquq-mühafizə əməkdaşlarının maşınına hücum edib.

Hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Nyu-Cersi Ali Məhkəməsində ilk hicablı hakim fəaliyyətə başlayıb

Vyanadan olan ailə vəkili Nadia Kəhf Nyu Cersi ştatının Ali Məhkəməsinin hakimi olan ilk hicablı müsəlman qadın oldu.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Nyu-Cersi valisi Phil Murphy, Kəhfin namizədliyini bu iş üçün irəli sürdükdən nəhayət bir il sonra Nyu Cersi Senatı onun hakim təyin edilməsinə səs verdi.

Kəhf, Passaic əyalətində hakimlik edən ilk müsəlman qadın olmasa da, hicab bağlayan ilk qadındır.