02 January 2023

AP-də iki deputatın toxunulmazlığının götürülməsi prosesinə başlanılıb

Avropa Parlamentinin sədri Roberta Metsola Qətərlə bağlı korrupsiya araşdırması aparan Belçika hakimiyyətinin tələbi ilə iki deputatın toxunulmazlığının ləğvi üçün təcili hüquqi prosesə başlayıb. AP-dən verilən açıqlamada Metsolanın bu tələbi yanvarın 16-da keçiriləcək AP Baş Assambleyasında açıqlayacağı bildirilib. Bəyanatda hansı parlamentarilərin toxunulmazlıqlarını ləğv etmək üçün Belçika hakimiyyətinə müraciət etdiyi dəqiqləşdirilməyib.

İsrail İranın nüvə planlarına qarşı beynəlxalq cəbhə quracağını bildirir

İsrail bütün vasitələrlə İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışacaq və bunun üçün Tehrana qarşı geniş beynəlxalq cəbhə yaradacaq.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu İsrailin yeni xarici işlər naziri Eli Koen çıxışı zamanı bildirib.

Onlarla radikal yəhudi əl-Əqsa məscidinə soxuldu

Bu gün onlarla radikal yəhudi İsrail qüvvələrinin müşayiəti altında Qüds şəhərində yerləşən əl-Əqsa məscidinin ərazisinə soxulub.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Qüds İslami Fondlar İdarəsindən məlumat verilib.

Radikal yəhudilər orada dini ayinlər yerinə yetiriblər və məscid ərazisində olarkən müsəlmanlarla toqquşma törətməyə çalışıblar.

Ərəb ölkələrinin 1/3-i yoxsulluq içərisində yaşayır

Ərəb bölgəsindəki iqtisadi artıma baxmayaraq, buradakı əhalinin 1/3-i yoxsuldur.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, buna BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının keçirdiyi araşdırma dəlalət edir.

Pandemiya və Ukraynadakı müharibənin təsirlərinə baxmayaraq, gələn il sözügedən regiondakı iqtisadi artım 4,5 faiz, 2024-cü ildə isə 3,4% olacaq.

Bakıda yaşayış binasında güclü partlayış olub (yenilənib)

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib və 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Müdafiə Xətti”-nin qeydə aldığı hüquq pozuntuları ilə bağlı 63 saylı bülleteni

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 12 dekabr-25 dekabr tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 63 saylı bülleteni

16 dekabr 2022-ci il. Daxili İşlər Nazirliyinin önündə etiraz edən Nata Katamadze polis tərəfindən saxlanılıb. O, hazırda Səbail RPİ-nin 9-cu PB-də saxlanılır. AXCP fəalı Katamadzenin saxlanma səbəblərini araşdırırıq.

Avropada təbii qazın qiyməti Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən aşağı səviyyəyə düşüb

Avropada təbii qazın topdan satışı Rusiyanın keçən fevral ayında Ukraynaya müdaxiləsindən sonra ən aşağı səviyyəyə çatıb. Avropa üçün orta təbii qaz qiymətlərinin əhəmiyyətli bir göstəricisi olan Hollandiyada 1 aylıq təbii qaz qiymətləri yüzdə 6,3 azalaraq saatda 71,5 avrodan alınıb. Bu göstərici ötən il fevralın 21-dən bəri təbii qaz üzrə ən aşağı göstəriciyə uyğundur. Bu günə olan məlumata görə, Avropada təbii qazın topdansatış qiyməti avqust ayı ilə müqayisədə 5 dəfə ucuzdur.

Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə milli çempionatların yüksək dəstəsində ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu siyahıya düşmək üçün futbolçunun klubu dünya ölkələrinin liqalarının reytinqində “ilk 100-lük”də olmalıdır.

Səudiyyə rejimi Uhud dağını viran edir!

Səudiyyə Ərəbistanı rəsmiləri müsəlmanları qəzəbləndirən bir təşəbbüslə Mədinədə Uhud dağının mərkəzində tibbi turizm rezidensiya layihəsinə başladıqlarını açıqlayıb.

Operativtv.com SHAFAQNA TURKEY – ə istinadən xəbər verir ki, “Azadlığa doğru” hesabı Twitter-də Uhud dağının buldozerlə dağıdılmasının təsirlərini göstərən video yerləşdirib. Bu videoda virtual istifadəçi Ali Səud kral sarayı ilə əlaqəli şəxslərə istinad edərək Uhud dağının sökülməsi və reabilitasiya mərkəzinə çevrilməsi layihəsini açıqlayıb.

CNN: NATO Tezliklə Zelenskini Rusiya ilə barışmağa məcbur edə bilər

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, CNN Beynəlxalq Təhlükəsizlik Redaktoru Nik Paton Walsh yazıb ki, NATO-nun silah tədarükü səbəbindən Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə sülh sazişi bağlamağa məcbur ola bilər. CNN Beynəlxalq Təhlükəsizlik Redaktoru Uolşun yazdığı məqalədə bildirilib ki, Şimali Atlantika alyansının rəhbərliyi soyuqqanlılığını itirərsə, bu, Ukraynanı Rusiya ilə sülh sazişi imzalamağa məcbur edə bilər. "NATO-nun silah tədarükü ilə bağlı səbri tükənə bilər" – Uolş deyib.

Seyyid Həsən Nəsrullahın səhhəti yaxşıdır

Operativtv.com İRNA- ya istinadən xəbər verir ki, Hizbullah haqqında məlumatlı mənbə Seyyid Həsən Nəsrullahın səhhəti ilə bağlı İsrail və ərəb mediasının şayiələrini təkzib edib. Mənbə bazar günü gecə İRNA-nın Beyrut ofisinə verdiyi müsahibədə bildirib ki, Seyyid Həsən Nəsrullahın səhhəti yaxşıdır, qrip virusuna yoluxub və müalicə olunur. Bu mənbə onun qripə yoluxması və səsindəki bəzi problemlərə görə danışmaqda çətinlik çəkdiyini vurğulayaraq, cümə axşamı çıxışının ləğv olunduğunu bildirib.

Bəhreyndə Şeyx ən-Nimrin xatirəsi üçün nümayişlər təşkil edilib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, bəhreynli etirazçılar Ali Səud tərəfindən şəhid edilən Səudiyyə Ərəbistanı şiələrinin lideri Şeyx Nimr Baqir ən-Nimrin xatirəsini anmaq üçün yürüş keçiriblər. Bundan əlavə, Bəhreynin “Setre” adasında və “əl-Sənabis” qəsəbəsindəki bəzi bəhreynli etirazçılar ayrı-ayrılıqda öz yürüşlərində İsrail əleyhinə şüarlar səsləndirib və rejimlə istənilən normallaşmanı pisləyiblər. Yürüş iştirakçıları Bəhreyn inqilabının ruhani lideri Ayətullah Şeyx İsa Qasimin fotoşəkillərini də daşıyiblar.

Fərəzmənd: İran və Türkiyə İkinci Təbii Qaz Boru Kəməri üzrə danışıqlara başlayır

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İranın Ankaradakı səfiri Məhəmməd Fərəzmənd Türkiyə ilə İran arasındakı iqtisadi əlaqələr, xüsusilə də İrandakı hadisələrlə bağlı Milli Qəzetə xüsusi açıqlamalar verib. İranın Ankaradakı səfiri Məhəmməd Fərəzmənd qərb mətbuatının İrandakı qarışıqlığı daha da gücləndirdiyini bəyan edərək, bu qarışıqlıqda İranın düşmənlərinin peyda olduğunu qeyd edib.

Bu gün Şəhid Şeyx Baqir Nimrin anım günüdür

Şəhid Şeyx Baqir Nimr 1958-ci ilin 21-İyununda Səudiyyə Ərəbistanının Şərqində Əl-Qətif şəhərinin Əl-Avamiyyə qəsəbəsində Şeyx Muhəmməd ibn Nasir Əli Nimrin ailəsində dünyaya göz açır. Atası Şeyx Muhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük Əhli-beyt (ə) alimlərindəndir. Bu səbəbə görə də uşağa Əhli-beytin (ə) şəninə Baqir adını verirlər.

Şəhid Süleymaninin böyük işi, müqavimət cəbhəsini canlandırmaq olub

İran İslam İnqilabının Rəhbəri vurğulayıblar ki, general Süleymani müqaviməti maddi, mənəvi və ruhi cəhətlərdən gücləndirməklə bu ölməz və inkişaf etməkdə olan fenomeni sionist rejimin, həmçinin Amerikanın və digər zalım ölkələrin nüfuzları qarşısında qoruyub, təchiz və bərpa edibdir.

Gədəbəydə polis ehtiyatsızlıqdan özünü güllələyib

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alması zamanı baş verib.

O, xəstəxanaya yerləşdirilib. Araşdırmalar davam etdirilir.

İsrail Dəməşq aeroportuna hava zərbələri endirib, ölənlər var

İsrail Suriyanın Dəməşq beynəlxalq hava limanına hava zərbələri endirib, ölənlər var.

Operativtv.com APA-dan "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Suriyanın Dəməşq beynəlxalq hava limanına endirilən hava zərbələri nəticəsində iki suriyalı əsgər ölüb, iki əsgər yaralanıb.