Bu gün Şəhid Şeyx Baqir Nimrin anım günüdür

Şəhid Şeyx Baqir Nimr 1958-ci ilin 21-İyununda Səudiyyə Ərəbistanının Şərqində Əl-Qətif şəhərinin Əl-Avamiyyə qəsəbəsində Şeyx Muhəmməd ibn Nasir Əli Nimrin ailəsində dünyaya göz açır. Atası Şeyx Muhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük Əhli-beyt (ə) alimlərindəndir. Bu səbəbə görə də uşağa Əhli-beytin (ə) şəninə Baqir adını verirlər. Dini dəyərlərin hakim olduğu ailə, gələcəyin böyük mütəfəkkiri, dəyərli İslam alimini öz mənəvi ruhunda böyüdür. İlk və orta təhsilini o, doğulduğu şəhərdə alsa da sonralar dini təhsilini davam etdirmək istəyi bu ölkədə Əhli-beyt (ə) ardıcılları üçün qadağa səbəbindən onu ölkə hüdudlarından kənara çəkir. Nimr təhsilini davam etdirmək üçün İranın Tehran şəhərinə gəlir. O, burda Ayətullah Məhəmməd Təqi Müdərrisinin “Hz Qaim” (ə.f.) adına mədrəsəsinə daxil olur. On illik bir dövrdə təhsilini davam etdirərək Ayətullah Şirazi və Ayətullah Müdərrisinin də yer aldığı bir çox böyük İslam alimləri və mütəfəkkirlərdən xüsusi dərslər alaraq Nimr İslam elmlərinin incəliklərinə yiyələnir.
Burada təhsilini bitirdikdən sonra o, xüsusi səbəblər üzündən Suriyaya gəlir. Dəməşqdəki “Zeynəbiyyə” mədrəsəsinə yerləşən Şəhid Nimr orada təhsil və tədris işləri ilə məşğul olmağa başlayır. Hövzədə əldə olunan elmlər isə onu gələcəyin mübarizə dolu həyatına daha bir pillə olur. Şeyx Nimr Ayətullah Vəhid Əfqani, Şeyx Sahib Sadiqi, Ayətullah Həqqani, Ayətullah Muhəmməd Təqi Müdərris və Şeyx Abbas Müdərris kimi ustadlardan Lümə, Rəsail, Məkasib və Əxlaq elmlərinə yiyələnir. Suriyada təhsilini bitirdikdən sonra Ayətullah Nimr vətəni Səduyyəyə qayıdır və bütün qadağalara baxmayaraq pak əqidəsini yaymağa başlayır. O, ilkin təməl olaraq Əl-Avamiyyə şəhərində "İmam Qaim" (ə.f.) adına elm mərkəzini qurur. 2001-ci ildə o növbəti elm mərkəzi, “İslam Mərkəzi”ni təsis edir. 2003-cü ildə siyasi baxışlarına görə ilk dəfə Ayətullah Nimr qısa müddətli həbsə alınır. Ona bir neçə gün təzyiq və işgəncə verdikdən sonra o, sərbəst buraxılır. Lakin bu Şeyx Nimiri fəaliyyətindən saxlamır.
O, “İmam Qaim “ (ə.f.) adına elmi mərkəzin daxilində Avamiyyə bölgəsində yerləşən məscidlərin sistemli idarə olunaraq cəmiyyətə xidmətinin yaxşılşdırılması, Cümə namazlarının bərpası və nəzarət olunması, nəzəri və praktiki müzakirələr, kitab və məqalələrin yazılması, gənclərin ailə həyatı qurmalarına yardım və bu istiqamətdə lazımı məlumatlanma, cəmiyyətdə rejim tərəfindən məhdudlaşdırılan qadın hüquqlarının bərpası, sağlamlıq və gənclərin əxlaqi dəyərlərinin inkişafı, fəsadın qarşısını almaq kimi bir çox geniş fəaliyyətlərə imza atır. Nəzərə almaq lazımdır ki, Əhli beyt (ə) ardıcılları ilə düşmən olan rejimin baxışları ilə ziddiyyət təşkil edən Şiə əqidəsinə qarşı qərəzli bir cəmiyyətdə bunları həyata keçirmək xüsusi istedad və bacarıq tələb edir. Ayətullah Nimr bütün çətinliklərə baxmayaraq bunun öhtəsindən lazımınca gələ bilir.
Əlbəttə, mövcud Səduyyə rejminin kəskin qadağaları onun həyatı üçün ciddi maniyyəyə çevrilən bir çox təhlükələri də yaradır. Xüsusi olaraq Bəqi məzarlığı ilə bağlı Ayətullah Nimrin apardığı mübarizə rejimin unutdurmağa çalışdıqları Məsum İmamların (ə) məzarları ilə bağlı dəyərli bir addım idi. 2004-cü ildən başlayaraq Məsum İmamların (ə) məzarlarının təmiri, bir zaman üzərində olan qübbələrin bərpası təşəbbüsünü Səduyyə rejimi qarşısında qaldırır. Təbii ki, rədd cavabı alırda. Lakin bu Şeyx Nimri hər il, məhz ziyarətgahların dağıdıldığı gündə Bəqidəki Məsumları (ə) ziyarət etmək təşəbbüsündən saxlamır. O, bu addımı ilə həmən hadisəni insanlığın diqqət mərkəzində saxlamağa çalışır. 2004-cü ildə o, ikinci dəfə həbsə alınaraq Bəqi ilə bağlı onun rejimi narahat edən addımlarına son verməyə məcbur edilir. Lakin növbəti təzyiqlər də onu yolundan döndərmir. Bir müddət sürən işgəncə və qadağalardan sonra azadlığa çıxan Şeyx yenidən Bəqi probleminə diqqət yönəldir. Bu həbslər və işgəncələr demək olar ki, hər il, 2005-2006-cı illərdə də davam edir. Şeyx öz hədəfində israrlı olunca rejim onu daha sərt və daha qəddar davranışlarla susdurmağa çalışır. 2006-cı ildə o, İranda, Ayətullah Muhəmməd Təqi Müdərrisin təşkil etdiyi Qurani Kərim konfransına qatılır. O, burada Səduyyə rejimini tənqid edərək dünyanın onlarca ölkəsindən toplanan müsəlman alimlərinə Bəqi məzarlığına diqqət yönəltməyə çağırır. Şeyx burada məhv olan insanlıq üçün bir müsəlman məsuliyyəti istəyir. Təbii ki, geri, ölkəsinə döndükdən həmən sonra Şeyx Nimr növbəti dəfə həbs olnur, bu dəfə daha sərt, daha qəddar işgəncələrlə üzləşir. Şeyxin ciddi işgəncə və xəsarətilı üç ay sürür. Həbsdən azad olduqdan sonra Şeyx bir müddət müalicə almalı olur. Lakin o, az da olsa özünə gəlib Bəqi ilə bağlı növbəti layihəni yenidən gerçəkləşdirməyə başlayır. 2007-ci ildə Nimr həyata keçirdiyi tədbirlə Avropaya, hətta Amerikaya belə yönələn dünya irsinə, dini inanca qarşı vəhşi addımları qınamaq kimi layihəyə imza ata bilir.
2008-ci ildə Cümə namazlarının sərt xütbələri, xüsusi olaraq Bəqi məzarlığı ilə bağlı çağrışları səbəbindən Nimri Səduyyə hakimiyyəti Əl-Riyada dəvət edir. Ondan yazılı iltizam almaq və onun bu addımlarına son vermək üçün ciddi təzyiqləri Şeyx rədd edir və buna görə də növbəti dəfə həbs olunur. Bu dəfə həbs müddəti və işgəncələr gözlənildiyindən də uzun sürür. Şeyx bu həbsində də qətiyyətini və mübarizə ruhunu əlindən vermir. Buna nümunə isə onun həbsdən azad olduqdan sonra yenidən mübarizəsini davam etdirməsi idi.
Səduyyə rejiminin ölkədəki şiələrə qarşı qərəzli və qəddar davranışları həbsdən çıxdıqdan sonra da daima burada Şeyx Nimirin etiraz etdiyi mövzulardan olur. O, hər zaman sərt mövqey nümayiş etdirərək vəhhabi təfəkkürünün irtica yanaşmasının yolverilməz olduğunu bəyan edir. Hətta o, çıxışlarında rejimə əgər təzyiq, həbs və qətillərə son qoymayacağı və onların heysiyyətinə toxunan addımları durdurmayacağı halda o, ölkədəki şiələri Səduyyə dövlətindən ayrılacağı ilə hədələyir. Eyni halda o, dünya demokratiya insitutlarının Səduyyə dövləti ilə münasibətdə niyə hələ də atadan oğula keçən hakimiyyət irsində seçkilərin olmaması, heç bir fərdin düşüncə və fikirləri olmadan seçkisiz bir dövlətlə yanlış münasibətlərinə bir daha baxmağa çağırır.
Bir oğul və üç qız övladına sahib Ayətullah Nimr 2011-ci ilin Ramazanında həyat yoldaşı Mina Cabir əl-Şeyravini uzun sürən xərçəng xəstəliyindən sonra itirir. Bu hadisə onun həyatında ciddi dəyişiklik yaratsa da mübarizə ruhiyyəsindən bir anlıq olsun onu dayandırmır. Dünyada baş qaldıran “Ərəb Baharı”na Səduyyə rejiminin də diqqət yetirməsini bildirən Şeyx Nimr Tunis, Misir, Bəhreyn və sair ölkələr kimi bu aqibətin bir gün onu da gözləyəcəyini söyləyir. Bununla paralel Ayətullah Nimr Səduyyə dövlətinə müraciət imzalayır. O, bütün bunların baş verməməsi, ümumiyyətlə rejimin siyasi davranışlarına dəyişiklik etməsi, pozulan hüquqlar, ədalətsiz davranışlar, reperesiya və qətillərə son vermək, eyni halda Şiə əqidəsinə qarşı baxışların dəyişməsi tələbi ilə çıxış edir. Çıxışda deyilir:
1. Ölkə əhalisinin 20%-ni təşkil edən Əhli-beyt (ə) ardıcıllarına ikinci sinif vətəndaş kimi yanaşılmasın.
2. Səudiyyə rejiminin Əhli-beyt (ə) ardıcılları ilə Əhli-təsənnün ardıcılları arasında fitnə və ixtilaf çıxarmaları üçün vəhhabi din xadimlərinə pul və dəstək verməyi dayandırsın.
3. Əhli-beyt (ə) məzhəbinin rəsmi bir məzhəb kimi qəbul edilməsi, bu məzhəb mənsublarına dövlətə aid mediada və ya vəhhabi əqidəsi səlahiyyətlilər tərəfindən təhqir edilməsinə son verilsin.
4. Onların dini təhsillərini öz ölkələrində almaq hüququ tanınsın.
5. Dinc yürüşlərə icazə verilsin. Sərbəst toplaşma azadlığı tanınsın.
6. Ölkədəki kasıb xalqın vəziyyəti yaxşılaşdırılsın.
7. Əhli-beyt (ə) ardıcıllarının dövlət təşkilatlarında işləyə bilmələri üçün qadağalar aradan qalxsın.
Heç şübhəsiz bu istəklər nəinki müsbət qarşılanmadı, əksinə rejimi daha çox narahat etməyə başladı. Elə bu səbəbdən idi ki, 2012-ci ildə Qətif bölgəsində çıxışları zamanı Səduyyə rejminin silahlı hücumu Şeyx Nimrin ayağından 4 güllə yarası almaqla növbəti, sonuncu dəfə həbs olunmasına səbəb olur. Səduyyə rejminin şiələrə qarşı, xüsusi olaraq Ayətullah Nimrə nifrəti həbsdə də onu rahat buraxmır. Müxtəlif, ağır iddihamlarla ona qarşı başladılan cinayət istintaq işləri olduqca çətin və dözülməz şəraitdə davam edir. 2013-cü il qapalı məhkəmə qarşısına çıxarılan Şeyx Nimr Baqir al-Nimr "ayrıseçkilik salmaq" və "ölkənin bütövlüyünə xələl gətirmək"də ittiham olunur. Məhkəmə onun barəsində edam hökmü çıxarır. Lakin çıxarılan qərarın ədalətsiz olmasına Səduyyə şiələri başda olmaqla dünyada buna çox geniş etiraz dalğası baş qaldırır. Hətta Azərbaycanda da Nimrə dəstək olaraq etiraz aksiyası keçirilir və bütün etirazlar edamın müddətini iki il zamana qədər uzadır. 2015-ci ildə isə qərarın gözləmə müddəti bitir və qərar dəyişdirilmədən qüvvədə qalır. Ayətullah Seyid Əli Sistani nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir Ən-Nimrlə bağlı Səudiyyə rəhbərliyinə məktub ünvanlayır. Ayətullah Sistani məktubunda Ayətullah Nimrə qarşı qəbul edilən edam hökmünün icrasının dayandırılması və onun azad edilməsi ilə bağlı çağırış edir. Lakin bütün bunlar Əhli-beyt (ə) ardıcıllarına qarşı nifrət və ədavətli olan Səduyyə rejimini saxlamır. 2016-cı il Yanvar ayının 2-də Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, Ər-Riyadda terrorçuluq ittihamı ilə edam cəzasına məhkum edilmiş 47 nəfərdən biri olan ruhani Ayətullah Baqir Nimri terrorçuluq ittihamı ilə edam edilir.

 

 

Müsəlman Birliyi Hərəkatının Təhlil Mərkəzi