Seyyid Həsən Nəsrullahın səhhəti yaxşıdır

Operativtv.com İRNA- ya istinadən xəbər verir ki, Hizbullah haqqında məlumatlı mənbə Seyyid Həsən Nəsrullahın səhhəti ilə bağlı İsrail və ərəb mediasının şayiələrini təkzib edib. Mənbə bazar günü gecə İRNA-nın Beyrut ofisinə verdiyi müsahibədə bildirib ki, Seyyid Həsən Nəsrullahın səhhəti yaxşıdır, qrip virusuna yoluxub və müalicə olunur. Bu mənbə onun qripə yoluxması və səsindəki bəzi problemlərə görə danışmaqda çətinlik çəkdiyini vurğulayaraq, cümə axşamı çıxışının ləğv olunduğunu bildirib.

Bu mənbənin istinad etdiyi məlumata görə, Nəsrullah çərşənbə axşamı İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı, general-leytenant Qasım Süleymani və onun yoldaşlarının şəhadətinin 3-cü ildönümü ilə bağlı çıxış edəcək. Çıxış çərşənbə axşamı yerli vaxtla saat 18:00-da Beyrutda Seyyid  Şühəda məclisində keçiriləcək.