The Jerusalem Post: Zülfüqar təlimi İrandan İsrailə aydın mesajdır

İsrail rejim mediası İran İslam Respublikası Ordusunun "Zülfüqar 1401" təlimini İsrail rejiminə təhdid mesajı kimi qiymətləndirib.

İran İslam Respublikası Ordusu “Zülfüqar 1401” təlimini həyata keçirdikdən sonra müvəqqəti sionist rejimin mediası bu mövzuda təhlillər aparıb. “Jerusalem Post” qəzeti: “İranın pilotsuz təyyarələrinin maket gəmi və anbara hücumu göstərilib. Bu gəmi İsrail Hərbi Dəniz Qüvvələrinin "Saar 6" döyüş gəmisinə bənzədilib. Bu o deməkdir İran gəminin təkcə zahiri görkəmini deyil, həm də İsrail tərəfindən təchiz edilməsini nümunə göstərib. Bu isə İrandan İsrailə açıq mesajdır ki, İsrail öz gəmilərini, limanlarını və dəniz obyektlərini təhdid edə bilər.”

Sionist rejim qəzetlərindən biri olan “The Times of Israel” öz xəbərlərinin birində sosial media istifadəçilərinin sosial şəbəkələrdə yerləşdirdikləri görüntü və məlumatlara istinad edərək yazıb: “İran ordusunun son təlimində (Cənubda işğal edilmiş Fələstin) Eylat limanına hücum simulyasiya edilib. İsrailə açıq xəbərdarlıq olaraq, şənbə günü keçirilən təlim zamanı partlayıcı maddələr daşıyan pilotsuz təyyarə gəminin göyərtəsindən İsrail hərbi-dəniz bazasının surətinə doğru buraxılıb”.

Bu qəzet İran mətbuatında dərc olunan şəkillərə də istinad edərək, bu iddiaları da irəli sürüb: "Şəkillər Eylatdakı sionist rejimin hərbi-dəniz bazasının surətinə göndərilmiş "Henqam gəmi sinfi" və "Ebabil" pilotsuz uçuş aparatına aiddir. Bundan başqa simulyasiya edilmiş hədəf, müvəqqəti Sionist Rejim Hərbi Dəniz Qüvvələrinə aid "Saar 6 Class" döyüş gəmisinin bir nüsxəsi olaraq yerləşib.”