Onlarla radikal yəhudi əl-Əqsa məscidinə soxuldu

Bu gün onlarla radikal yəhudi İsrail qüvvələrinin müşayiəti altında Qüds şəhərində yerləşən əl-Əqsa məscidinin ərazisinə soxulub.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Qüds İslami Fondlar İdarəsindən məlumat verilib.

Radikal yəhudilər orada dini ayinlər yerinə yetiriblər və məscid ərazisində olarkən müsəlmanlarla toqquşma törətməyə çalışıblar.

Eyni zamanda da, İsrail qüvvələri sənədlərin yoxlanılması bəhanəsi ilə əl-Əqsaya müsəlmanların girişini məhdudlaşdırıb.

Bununla yanaşı, əl-Əqsa məscidinin imamı Şeyx İkrimə Səbri İsrail xüsusi orqanları tərəfindən sorğuya çağırılıb. Sorğunun səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, Fələstin torpaqlarının işğalını və fələstinlilərin hüquqlarının pozulmasını pislədiyinə Şeyx İkrimə Səbri dəfələrlə İsrail strukturları tərəfindən sorğulara çağırıb.