ABŞ prezidenti Donald Tramp Ağ Evdə ilk dəfə iftar verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, D.Trampın dəvət etdiyi qonaqların sayı elə də çox olmayıb.
Ziyafətə Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Tunis, İraq, Qətər, Bəhreyn, Mərakeş, Əlcəzair və Liviyadan olan diplomatik nümayəndələr qatılıb.
Qısa nitq söyləyən ABŞ prezidenti bütün müsəlman dünyasının Ramazan ayını təbrik edib və müsəlman ölkələrinin nümayəndələrini Ağ Evdə qəbul etməkdən məmnun olduğunu söyləyib.
Eyni anda D.Trampın islamofobik çıxışlarına və dəvət edilməmələrinə etiraz edən bəzi müsəlman qeyri-hökumət təşkilatları (QHT) Ağ Ev qarşısında "alternativ iftar" aksiyası təşkil ediblər.
Aksiyada Amerikan-İslam Münasibətləri Şurası və Şimali Amerika İslam Cəmiyyəti kimi ciddi QHT-lərin nümayəndələri iştirak edib. 150-yə qədər müsəlman birlikdə namaz qıldıqdan sonra iftar açıb.
Qeyd edək ki, ötən il D.Tramp sələfləri Bill Klinton, oğul Corc Buş və Barak Obamadan sonra 20 illik ənənəni pozaraq Ağ Evdə iftar verməmişdi.
Tramp ilk dəfə iftar verdi - Ağ Evin qarşısında namaz qılındı
Oxşar xəbərlər