Bu qədər nifrət haradan qaynaqlanır?

Öz xalqına, vətəndaşına qarşı nifrət əslində hakim partiyanın bir çoxları üçün yeni olmayan reallığının təzahürüdür. Ölkəni polis qüvvəsi altında idarə etməkdə olanlar, gözlərinə qara görünən hər kəsin əzilmə hökmünü çox asanlıqla verir. Nə qədər bu siyasi oyunbazlığa etraz etməyə qalxılmasından asılı olmayaraq mövcud reallığı düzəltmək əvəzinə sürətli olaraq çöküşünə sürüklənir. Hakimiyyətin öz müxaliflərilə davranışının amansızlığı həqiqətən də heç bir sərhəd tanımır. Bu siyasi səriştəsizliyin acı nəticələrənin ölkəni sürükləyəcəyi aqibəti qiymətəndirmək təbii ki, bir vətəndaş olaraq bizləri narahat etməkdədir. İnanclı şəxslərə narkotik ittihamları ilə ağır cinayət işlərinin açılması, fiziki zor, cinsi təcavüz, amansız işgəncə bunun mövcud olan ən sadə adıdır.
Mart ayında MBH üzvü ictimai fəal Elşən Abbasovun üçüncü dəfə həbsi gerçəkləşdi. Narkotik ittihamı ilə şərlənən Quran müəlliminə siyasi təzyiq, Hərəkata qarşı həyata keçirilən növbəti qanunsuz davranış idi. E. Abbasovun ittiham aktı onun həyatının iki ilini dəmir barmaqlıqlar arasında keçirmə hökmünü verdi. Ardınca ötən il narkotika satışına qarşı sosial mediada geniş təbliğat aparan Razi Hümbətovun məhkəmə işi saxta ittihmlarla hərəkətə gəldi. May ayında hakimiyyət Razi Hümbətovu 6 il müddətinə azadlıqdan məhrum etdi. Həm də narkomaniyaya qarşı mübarizəyə qalxan inanclıya külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma maddəsi ilə. İyunun ayında MBH üzvləri Nicat Əliyev, Rəşad Əliyev, Ceyhun Balaşov, Vüqar Əliyev və Yasin Əhmədov saxlanıldı. Allahın söyülməsinə etiraz edən gənclərin bu ülvi istəklərinə hakimiyyət inzibati cəza cavabı verdi. İyun ayında növbəti inanclı Mahir Əzimov artıq ənənəyə çevrilən 243.4.3-maddəsi, külli miqdarda narkotik maddə saxlama ittihamı ilə barəsində həbs qətiimkan tədbiri seçildi. Ömrünü Allaha ibadətdə keçirən pak, əqidəvi bir insanı belə bir ittiham altında həbs etmək həqiətən də nəinki hüquq müstəvisinə, həmçinin insani-əxlaqi dəyərlərə sığmayan davranış idi.
Elə bu ili əhatə edən 3 MBH üzvü İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayevin inzibati qaydada həbs edilməsi və 2 Hərəkat üzvü- Süleyman Ələkbərov və Mail Kərimovun saxlandıqları müddətdə ağır işgəncə və təhdidlərə, şərəf və ləyaqətin alçaldılmasına məruz qalmaları, polis idarələrində inancın təhqiri, Allaha qarşı həqarətin də bu qanunsuzluq içində yer almasını üzə çıxardı.
Son olaraq noyabr ayında MBH-nın növbəti üzvü Şahin Qədirov saxlanıldı. Bu dəfə də daha bir inanclı şəxsə növbəti narkotik ittihamı irəli sürüldü, barəsində ağır cinayət işi açıldı.
Bundan əlavə zorlanmaya məruz qalmaq, amansız fiziki zor göstərilərək ağlagəlməz işgəncələr yaşamaq hakimiyyətin məntiqi, MBH ünvanına dəlicəsinə nifrətin açıq təzahürüdür.
Bəlkə bu amansız davranış bir çox fiziki və psixoloji təzyiq yaşayıb bu gün baş verənləri gizlədərək unutmağa çalışan neçə neçə Azərbaycan vətəndaşının yaşadığı həqiqətdir ki, Hərəkat üzvlərinin simasında nümayiş olunur. Bilinən budur ki, mənşəyi bəlli olmayan nifrətin ünvanı yenə də Azərbaycan vətəndaşı, yenə də bu xalqın dəyərli oğullarıdır.
MBH Təhlil və Araşdırma Mərkəzi.
28.11.2022.