Bu gün Xanım Məsumənin (s.ə.) mövlud günüdür

Həzrət Xanım Məsumə (ə) hicri 173-cü il (miladi 795-ci il), Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb.

Bu gün Həzrəti Məsumənin (ə) doğum günüdür. O, müsəlmanların yeddinci imamı İmam Musa Kazımın (ə) qızıdır.

Həzrət Xanım Məsumə (ə) hicri 173-cü il (miladi 795-ci il), Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb.

Günahsız və məsum olduğu üçün ona Məsumə ləqəbi verilib. Əsl adı isə Fatimədir.

Xanım Məsumə səkkizinci imam Həzrət İmam Rzanın (ə) bacısıdır. Atası İmam Museyi-Kazım şəhid edildikdən sonra o, uşaq yaşlarından qardaşı İmam Rzanın (ə) himayəsində olub.

Həzrəti Məsumənin məzarı və ziyarətgahı İranın Qum şəhərində yerləşir.