Tbilisi-Bakı qatarı nəzərdə tutulandan 2 saat çox sərhəddə qalıb

Martın 26-da Tbilisidən Bakıya hərəkət edən sərnişin qatarı nəzərdə tutulandan təxminən 2 saat çox Azərbaycan-Gürcüstan sərhədində qalıb. 

Bu barədə Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. 

"Qonşu ölkənin Qardabani sərhəd-keçid məntəqəsində aparılan yoxlamalarla əlaqədar sərnişin qatarı Bakıya 1 saat 40 dəqiqə gecikmə ilə çatıb", - deyə mılumatda qeyd olunub.