Qatarla toqquşan avtobus sürücüsünün anası ölkə rəhbərliyinə müraciət etdi
Oktyabrın 1-də Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşan avtobus sürücüsü Əlixan Şirəliyevin anası prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya müraciət edib.
Adilə Şirəliyeva müraciətində ailə durumlarının ağırlığından və istintaqın ədalətli aparılmamasından gileylənib:
“Maddi sıxıntılarımız böyükdür. Oğlum evlidir, 2 uşağı var. Birinin 3 yaşı var, digəri isə 2 aylıq körpədir. Atası əvvəllər mebel secində çalışırdı, son 4 ildə gözünə qara su gəldiyindən çıxıb oturub evdə. Məni desəniz, işləmirəm, pensiyaya baxıram. Oğlumun oynaqları ağrıyır, müalicə etdirməyə pulumuz yoxdur. Son zamanlar da xəstə olduğu üçün günlərlə işə çıxmırdı. Həmin gün xahiş etmişdi ki, heç olmasa 2 reys etsin, evdə heç nəyimiz yox idi. Biz onun hər reysə çıxanda evə gətirdiyi 5-10 manatla dolanırıq. Başqa işləyənimiz yoxdur”.
Ana bildirir ki, oğlu ağrılarına görə müalicə ala bilmirdi, arada ağrıkəsici atırdı. Ancaq televiziyalar onu narkoman və psixiatrop maddələrin istifadəçisi kimi təqdim edib:
“Mən buna görə həmin jurnalistləri və Vaqif Əsədovu məhkəməyə verəcəm. Onlar nə haqla mənim oğlumu şərləyirlər? Vaqif Əsədov deyir ki, guya mənim oğlum daha öncə də qəza törədib və həmin qəza nəticəsində ölən olub. Niyə yalan danışır? Bəli, oğlum qəza törədib, ancaq adam öldürməyib, bir-iki maşın əzib, onun da cəzasını çəkib. Sonra da əfvə düşərək azad olunub. Niyə yalan danışırlar, anlamıram”.
Ana bütün bunların Azərbaycan Dəmir Yolları İdarəsinin işçisini qorumaq niyyəti ilə olduğunu söyləyir:
“Fakt qəza olan vaxtı həmin işçi yerində olmayıb. Şlaqbaum isə açıq olub. Hər sürücü kimi mənim oğlum da açıq olan yoldan keçib gedib. Nə bilsin qatar gəlir? Üstəlik, həmin qatar gələn yerin ətrafı satılıb, çoxlu obyektlər, evlər tikilib. Sol tərəfdən qatarın gəldiyi görünür, amma sağ tərəf görünməz durumdadır. Mən demirəm ki, mənim oğlum günahsızdır, yox, günahı var, cəzasını da çəkəcək. Ancaq başqalarının olan günahı da onun boynuna yükləməsinlər. Tək günahkar mənim oğlum deyil”.
Sürücünün anası bildirir ki, həmin gün dəmir yoluna nəzarət olmayıb. Şlaqbaum açıq olub, işçi yerində olmayıb, siqnal verilməyib:
“Hətta eşitdiyimə görə işçi oranı kiminsə ümidinə qoyub bir xeyli iş yerindən aralıya gedib. Çay içib, söhbət edirmiş. Qatarın gəldiyini görüb, qaça-qaça gəlib əli ilə işarə edib ki, qatar gəlir, saxlayın. Onda da çox gec olub. Niyə həmin şəxs vaxtında orda olmayıb? Və yaxud dəmir yolunun ətrafında tikililər var, niyə vaxtında həmin tikililər oradan yığışdırılmayıb? Düzgün məlumat verilmir insanlara. Dəmir yolunun ətrafı daş, qum maşınları ilə doludur. Maşınlar keçəndə dəmir yolunu görmək mümkün deyil. Həmin gün də mənim oğlum o yolu keçəndə şlaqbaum açıq olub. Deyir, yol açıq idi, ona görə keçdim. Dəmir yoluna çatanda sola baxdım ki, açıqdır, sağa baxanda gördüm ki, qatar mənə çatıb. Bu zaman əyləcə basmağa da imkanı olmayıb. Sol yolu yenə görmək mümkündür, sağ yol, ümumiyyətlə, görünmür. Ərazinin böyük hissəsini insanlara satıblar. Hansı ki, dəmir yolunun ətrafında ev, obyekt olmamalı idi. Bütün bunlar həmin qəzaya şərait yaratdı. Heç nişan da yox idi, qatarın gəlib-getməsini göstərən heç bir işarə yox idi. Həmin gün, ümumiyyətlə, işçi də yerində olmayıb. İndi oranı o qədər yaxşı düzəldiblər ki. Dəmir yolu işarəsi qoyulub, şlaqbaumları uzadıblar. Qatarın gəlməsinə bir neçə dəqiqə qalmış siqnallar verilir. Bunu vaxtında edə bilərdilər də”.
Adilə Şirəliyeva bildirir ki, onun ailəsi 30 ildən artıqdır ki, Binədə məskunlaşıblar. İndiyə qədər həmin yola belə ciddi nəzarət olduğunu görməyib:
“Dəmir yolu işçisi deyir ki, mən avtobusun qarşısını bayraqlarla kəsmişəm. Mən illərdir burada yaşayıram, hələ işçinin əlində bayraq görməmişəm. Yalan danışır, qəza olandan sonra bayrağı gətirib veriblər. Videogörüntülər var, xahiş edirəm onları tələb edin, baxın. Mənim övladlarım pis olmayıblar, nümunəvi, tərbiyəvi uşaqlardır. Nahaqdan danışmaları mənə yer edir. Yalan danışırlar, Allahı unudurlar”.
Ana prezident İlham Əliyevdən oğlu ilə bağlı işin ədalətli araşdırılmasına nəzarət etməsini xahiş edir:
“Xahiş edirəm, iş ədalətli araşdırılsın. Başqasının yükü mənim oğlumun çiyninə atılmasın. Cəzası nədir onu çəksin. Dəmir yolunun cəzasını da mənim oğluma yükləməsinlər”.
Oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.
Hadisədən dərhal sona iki, daha sonra isə bir nəfər ölüb, 40 nəfər isə xəstəxanalara yerləşdirilmişdi. Xəsarət alanlardan 5-i azyaşlıdır.
Qəzadan sonra Bakı şəhər Dövlət Yol Polis İdarəsinin sözçüsü Vaqif Əsədov mətbuata bildirib ki, avtobusun sürücüsü Əlixan Şıxəliyev daha əvvəl də ölümlə nəticələn yol qəzası törədib. Buna görə həbs edilib. Həmçinin hadisədən sonra, o, tibbi müayinədən keçirilib və qanında narkotik maddə aşkar edilib.
Lakin Samir adlı sürücü həmkarı Əlixan Şıxəliyevi 5 ildir tanıdığını söyləyir. O, sürücünün narkotik vasitələrdən istifadə etmədiyini deyir:
“Siqaret çəkirdi, amma o, içki qəti içmir. Neçə ildir tanıyıram, onda heç bir problem görməmişəm”.
Sürücünün anası: Vaqif Əsədovla jurnalistləri məhkəməyə verəcəm

Oxşar xəbərlər