Bağdadda ABŞ əleyhinə etiraz aksiyası keçirilib

İraqın paytaxtı Bağdadda qorunan Yaşıl Zona yaxınlığında toplaşan bir qrup insan ABŞ səfirini "ölkənin daxili işlərinə qarışdığını" əsas gətirərək etiraz ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqlı həmkarları xarici nümayəndəliklərin də yerləşdiyi Yaşıl Zona yaxınlığında toplaşıblar.

Burada fəallar “ABŞ-a yox” şüarları səsləndirərək, ABŞ-ın Bağdaddakı səfiri Alina Romanovskidən “İraqın daxili işlərinə qarışmamağı” tələb ediblər.

İraq təhlükəsizlik qüvvələri nümayişin keçirildiyi ərazidə təhlükəsizliyi gücləndirib, etirazçılar isə Yaşıl Zonadakı ABŞ səfirliyinə basqın etməklə hədələyiblər.

Tədbirlər çərçivəsində Yaşıl Zona da nəqliyyatın hərəkəti üçün bağlanıb.