Azərbaycan XİN ABŞ, Britaniya, İsveçrə və Aİ səfirlərinin iddialarını rədd edib

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya, İsveçrə və Avropa İttifaqı səfirlərinin dekabrın 4-də Bakıda keçirilmiş tədbir zamanı Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanılması ilə bağlı iddialarına münasibət bildirib.

XİN bununla bağlı yaydığı açıqlamasında bu iddiaları rədd edib.

“ABŞ, Böyük Britaniya, İsveçrə və Avropa İttifaqı səfirlərinin dekabrın 4-də Bakıda keçirilmiş tədbir zamanı Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanılması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik. Bu bəyanatlar Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir.

İstintaqın gedişinə və məhkəmə prosesinə müdaxilə hüquqi dövlətin təməl prinsipi olan qanunun aliliyi ilə ziddiyyət təşkil edir” , - deyə XİN-in açıqlamasında deyilir.