Dünən Brüsseldə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşü keçirilib. Görüş 4 saata yaxın davam edib, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Bundan başqa, Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə ayrılıqda görüşüb.
Görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi müzakirə edilib və "mövcud danışıqlar formatının" davam etdirildiyi qeyd edilib", deyə Hacıyev bildirib.
Həmçinin danışıqlar prosesinin təşviqi üzrə növbəti addımlar və həmsədrlərin hərəkət planı haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu, bu ilin mayında Ermənistan hakimiyyəti dəyişdikdən sonra Azərbaycan və Ermənistan XİN başçılarının ilk görüşüdür.
Turan
Azərbaycan və Ermənistan XİN başçıları 4 saat söhbət ediblər

Oxşar xəbərlər